Dizlərinizdə şişkinlik və ağrı varsa, aşağıda yazılanları mütləq oxuyun!

  • Müəllif: elnare
  • Tarix: 1 iyul 2017
  • Baxış sayı: 22 263
  • 0 rəy

Dizlərdə zədələnmələr olduğu zaman şişkinlik və ağrı əlamətləri meydana çıxır. Bu zaman dizlərdə hərəkət çətinləşir, müalicə götürmədikcə əlmətlər bir az da artır və ağırlaşır. Zədələnmələr diz ətrafı nahiyədə su yığılmasına səbəb olur. Sizə dizlərinizdəki şişkinliyi və ağrını aradan qaldırmaq üçün müalicə vasitəsi təqdim edirik. Bu müalicə dizlərdəki suyun sorulmasına səbəb olur. Bu zaman isə hərəkət məhdudluğu aradan qalxır, ağrı hissi azalır. Dizlər orqanizmin yükünü saxladığına görə onlar əmələ gələn adi bir patologiya orqanizmin hərəkət funksiyasını korlayır. Bunun baş verməməsi üçün isə dizlər zədə aldıqda vaxtında müalicə olumalıdır. Müalicə olunduqda isə əsas məqsəd diz oynağında yığılmış mayeni və şişkinliyi azaltmaqdır.

Diz oynağında suyun yığılmasına və şişkinliyə dizlərin zədələnmələrindən başqa oynağın iltihabi xəstəlikləri, podaqra, artritin müxtəlif növləri, dizlərdə olan kistalar və ya şiş xəstəlikləri səbəb ola bilir. Müalicəyə başlamazdan əvvəl həkimin müayinəsində olmaq və əlaməti əmələ gətirən səbəbi təyin eləmək lazımdır.

Sizə dizlərdəki şişkinliyi və ağrını aradan qaldıran kompres ressepti təqdim edirik.

Lazım olanlar:

  • * duz – 1 xörək qaşığı
  • * təzə yumurtanın sarısı – 1 ədəd
Təzə yumurtanın sarısı ilə duz qarışdırılır və məlhəm hazırlanır. Qarışım dizlərə sürtülür və üstü polietilen paket və elastik parça ilə bağlanır. Kompres 2 saatdan bir eyni qarışımla yenidən əvəz olunur. İki saatdan bir kompresi yeniləməklə dizlərdəki şişkinlik və ağrı asanlıqla aradan qalxır. Bunun səbəbi isə duzun dəridən oynağa sorularaq suyu və ağrını özünə çəkməsidir. Kompresi qoymazdan əvvəl həkimə müraciət edib sümüklərdə zədələnmə olub-olmamasını mütləq öyrənmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Dizlərinizdə şişkinlik və ağrı varsa, aşağıda yazılanları mütləq oxuyun!" haqqında müzakirə