AYAQ BARMAQLARININ SINIQLARI

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 369 314
  • 0 rəy

AYAQ BARMAQLARININ SINIQLARI.
Ayaq barmaqlarında sınıqlar barmaqların üstünə ağır bir şey düşəndə və ya barmaqlar bərk yerə çırpılanda baş verir. Bundan başqa barmaqları sıxan ayaqqabı geyinən osteoparozu olan adamlar da, baqmaq sınıqları ilə tez-tez rastlaşırlar.
Xəstələr barmaqda olan sınığı bərk yerə toxunarkən şiddətli ağrı baş verən zaman hiss edirlər, amma dəqiq diaqnozu travmatoloq və ya ortaped renrtgenə baxarkən qoyur. Barmaqlarda olan ağrını azaltmaq üçün ağrıyan nahiyəyə buz qoymaq həkimə müraciət edədnə qədər müalicə üsuludur. Əsas müalicəni isə həkim təyin edir. Həkim sınığın dərəcəsini və yerini müəyyən etdikdən sonra sınan barmağa gips sarğısı qoyur. Xəstəyə sətr dabanı, yumuşaq üzü olan ayaqqabı geyinmək tövsiyə olunur. Əgər barmaqda sınıq bir neçə yerdən olarsa xəstəyə cərrahi müdaxilə lazım gəlir.
Ayaq barmaqlarının sınığının sağalma dövrü xəstənin yaşından, sınığın növündən asılıdır. Barmaqların sınığının sağalması adətən 6-8 həftəyə başa gəlir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"AYAQ BARMAQLARININ SINIQLARI" haqqında müzakirə