Dilinizin üstü ağdırsa diqqətli olun, çünki bu aşağıdakı xəstəliklərin əlamətləri ola bilər

  • Müəllif: elnare
  • Tarix: 6 mart 2017
  • Baxış sayı: 56 037
  • 0 rəy

Dilinizin üstü ağdırsa diqqətli olun, çünki bu aşağıdakı xəstəliklərin əlamətləri ola bilər.
Dildə əmələ gələn ağ yaraların əmələ gəlmə səbəbləri və müalicəsi
Sağlam adamın dilinin üstü çəhrayı rəngdə olmalıdır. 80% adamların dilinin üstü isə ağ ərplə örtülü olur. Bu isə istər-istəməz adamı düşünməyə vadar edir. Dilin üstünün ağ olması hansı xəstəliklərin əlamətləridir?
1. Dilin üstündə olan kiçik ağ nöqtələr və xırda ağ yumrular iltihab əlamətləridir. Bu əlamətlər qida qalıqlarından ayrılan bakteriayaların dilin üstündəki məsamələrin arasında qalıb iltihablaşması səbəbindən baş verir. İltihablaşma isə özünü dilin üstündəki ağlarla bildirir.
2. Dilin üstünün ağ olma səbəblərindən biri də dehidrasiyadır. Orqanizmin su mübdiləsinin pozulması dilin üstünün ağarmasına səbəb ola bilir. Bu səbəbdən də həkimlər dişləri yuyan zaman dilin üstünün də yuyulmasını məsləhət bilirlər.
3. Dilin üstünün ağ olması göbələk bakteriyaları səbəbindən də baş verə bilir. Dilin üstündə əmələ gələn göbələklər diş ətində, badamcıqlarda xəstəlikləri əmələ gəlməsinə səbəb ola bilir. Ona görə də dilin üstü dişləri təmizləyərkən yuyulmalıdır.
4. Orqanizmdə baş verən infeksiya xəstəlikləri, qızdırma, maya göbələyi, spirtli içkilər və siqaret, ədviyytlı qidalardan çox istifadə etmək dilin üstünün ağ olmasına səbəb ola bilir.
5. Dilin üstünün ağ olmasının səbəblərindən biri də bağırsaqlarda faydalı bakteriyaların çoxalması səbəbindən baş verir. Bunun qarşısını almaq hər gün tərkibində çoxlü probiotiklər olan qidalardan (ağartı məhsullarından) istifadə etmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Dilinizin üstü ağdırsa diqqətli olun, çünki bu aşağıdakı xəstəliklərin əlamətləri ola bilər" haqqında müzakirə