ASPERGİLLOZ

  • Müəllif: elnare
  • Tarix: 10 yanvar 2017
  • Baxış sayı: 2 131
  • 0 rəy

ASPERGİLLOZ.
Aspergilloz – ağ ciyərləri zədələyən, imunodefisit vəziyyətində ağır sepsis verən göbələk xəstəliyidir. Aspergilloz ən çox rast gələn dərin mikozdur.
ETİOLOGİYASI: Xəstəliyin törədən Aspergillus cinsindən olan göbələklərdir. Bu göbələklərin zülalları, yağları, şəkəri əridən fermentləri var. Aspergilla göbələkləri unda, torpaqda, taxılda, quru otda, yun emal yerlərində həmişə tapılır. İnsanlar bu xəstəliyə toz vasitəsilə, dəridən yoluxur. İİV infeksiyasında, ağ ciyərlərin iltihabı xəstəliklərində və şiş xəstəliklərində asperegilloza daha çox rast gəlir.
PATOGENEZİ: Mikroblar əvvəlcə ağ ciyərləri, sonra plevranı, limfa düyünlərini zədələyir. Aspergillemiya digər orqanlarda irinləmə verən spesifik irinli ocaqlar əmələ gətirir. İlkin ağ ciyər xəstəlikləri sepsis əlamətlərilə gedir və xəstələrin yarısı ölür.
KLİNİKASI: Aspergilla göbələyi insanın bütün orqan və toxumalarında patologiya törədə bilir. Xəstəliyin ilkin kliniki əlamətlərinə aşağıdakılar aiddir:
*bronx – ağ ciyər aspergillozu
*yayılmış – aspergilloz
*gözlərin aspergillozu
*qulaq, burun, boğaz aspergillozu
*ağızın, tənasül üzvlərinin aspergillozu
*mikotoksikozlar
Bronx-ağ ciyər forma əvvəlcə bronxların selikli qişsında səthi və nisbətən qalın qatların xoralaşması, öskürək, boz rəngli bəlğəm ifrazı, ümumi zəifliklə özünü göstərir. Proses ağ ciyərlərə keçdikdə aspergilloz pnevmaniyası inkişaf edir. Xəstədə yüksək qızdırma, titrəmə, halsızlıq, iştahsızlıq, arıqlama baş verir. Qanda leykositoz, eozilnofiliya, EÇS-in artması müşahidə edilir. Xroniki aspergilloz pnevmoniyası zamanı xəstələrin ağciyərlərində abses, kaverna inkişaf edir, əksər xəstələrin ağzından kif iyi gəlir.
DİAQNOZU: Kliniki təzahürlərlə yanaşı bəlğəmdən, nəcisdən, bronx bioplatlarından aspergillanın anticimlərinin tapılması xəstəliyin diqnozunu təsdiqləyir.
MÜALİCƏSİ: Aspergillozun müalicəsi çətindir. Xəstəliyin yayılmış formasında cərrahi və konservativ müalicə birlikdə tətbiq edilir. Xəstəyə ümumi möhkəmləndirici müalicə, daxilə göbələk əleyhinə preparatlar təyin edilir, dəriyə və selikli qişalara göbələk əleyhinə məlhəmlər sürtülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"ASPERGİLLOZ" haqqında müzakirə