İrsi xəstəliklər

  • Müəllif: elnare
  • Tarix: 10 yanvar 2017
  • Baxış sayı: 4 330
  • 0 rəy

İrsi xəstəliklər
Orqanizmdə baş verən xəstəliklərin heç də hamısı infeksiyalar, bakteriyalar tərəfindən törənmir. Bəzi xəstəliklər vardır ki, onlar genetik xarakter daşıyır. Genetik xəstəliklər valideyinlərdən övladlarına genlər vasitəsilə ötürülən xəstəliklərdir. Bu xəstəliklər  bir neçə qrupa bölünürlər:
1. Tək gen xəstəlikləri.
Tək bir gendə meydana gələn patologiya səbəbli ortaya çıxan müalicəsi mümkün olmayan xəstəliklər qrupudur. Bu xəstəliklərə talasemiya, hemofiliya, bəzi metobolik xəstəliklər, ağqanlılıq, anadangəlmə karlıq kimi xəstəlik və xəstəliyin daşıyıcısı olmaq daxildir.
2. Xromosom xəstəlikləri
Xromosom sayının normal olmaması səbəbindən əmələ gələn xəstəliklərdir. Bunlara Daun sindromu, 18-ci xromosomun trisomiyası və 13-cü xromosomun trisomiyası, uşaqlarda olan bəzi anormal xəstəliklər aiddir.
3. Multifaktorial xəstəliklər
Bu xəstəliklər anadangəlmə və qazanılma ola bilir. Dovşandodaqlıq və qurdağızlıq anadangəlmə, diabet və şizofreniya isə müəyyən yaş dövründən sonra meydana çıxan genetik xəstəliklərdir.
4. Genetik somatik xəstəliklər
Mutasiya səbəbindən meydana çıxan xəstəliklər. Bu xəstəliklər genin daşıyıcısının dünyaya gəldiyi ilk günlərdən özünü aşağıdakı çatışmazlıqlarla göstərir:
– vitamin, mineral çatmazlığı
– mikroblara qarşı həssasləq
– bədənin quruluşunda anormallıq
– daxili orqanlarda anormallıq.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"İrsi xəstəliklər" haqqında müzakirə