Ziyillər

  • Müəllif: elnare
  • Tarix: 3 yanvar 2017
  • Baxış sayı: 4 146
  • 0 rəy

Ziyillər.
Ziyillər dərinin çox yayılmış patologiyalarından biridir. Ziyillər 3 cür olur:
– adi
– itiuclu
– yastı.
Ən çox rast gəlinən ziyil növü adi ziyillərdir. Adi ziyillər darı və qarğıdalı dənəsi boyda buynuz qişa hüceyrələrindən ibarət olan nahamar səthli törəmələrdir. Ziyillərə ən çox uşaqlarda və gənclərdə rast gəlinir. Ziyillər dəridə tək-tək və qrup şəklində əmələ gələ bilir. Ən çox əllərdə, barmaqlarda, ayaqların altında əmələ gəlirlər. Ziyillər ağrı vermir və bəzən öz-özünə keçib gedir.
Ziyillərin müalicə olunması üçün bir çox üsullar vardır. Adətən bu üsullar müalicə müəssisələrində tətbiq edilir. Hətta qrup şəklində olan ziyıllərdən birinci əmələ gələnini çıxartdıqda digərləri də öz-özünə keçib gedə bilir.
Xalq təbabətində ziyilləri sarımsaq sürtməklə yox edirlər. Rentgen şüaları ilə də ziyillərin itməsi səmərəli təsir göstərir. Bu zaman da əsasən birinci əmələ gələn ziyilə rentgen şüası verilir, digər ziyillər isə tədricən yox olur.
İtiuclu ziyillər çox sürtülən yerlərdə ağız künclərində, burun pərlərinin yanında və cinsiyyət üzvlərində əmələ gəlir. Onlar çox tez böyüyür, gül kələmini xatırladırlar. İtiuclu ziyillər yumşaq olur. Bu cür ziyillər bir-birinə yaxın olduqda müxtəlif dərman vasitələri ilə yox etmək olur.
Yastı ziyillərə ən çox gənclərdə rast gəlmək olur. Onlar mərci boyda olur və dərinin səthindən güclə görünürlər. Yastı ziyillər gəncləri ciddi kosmetik qüsur kimi görünür. Bu cür ziyillər də xüsusi ziyil təmizləyici vasitələrlə aradan qaldırılır.
Ziyillər 40 yaşından sonra da əmələ gələ bilir ki, buna qocalıq ziyilləri deyilir. Qocalıq ziyilləri üzdə, boyunda, kürəkdə əmələ gələ bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ziyillər" haqqında müzakirə