Qodji giləmeyvəsi(Lat.Lucium barbarum)

  • Müəllif: elnare
  • Tarix: 29 iyun 2018
  • Baxış sayı: 2 641
  • 0 rəy

Qodji giıləmeyvəsi ”qurd giləmeyvəsi”adı ilə də tanınır. Bu adı ona tərkibində olan toksiki və unikal maddələrin olmasına görə veriblər.
Qodji çoxillik kol bitkisinin meyvəsi olub oval və solğun qırmızı rəngdə olur. Onun bəzən mavi, məxməri və qəhvəyi rənglərinə də rast gəlinir. Qodji giləmeyvəsinin vətəni Asiya ölkələri hesab edilir. Ona ən çox Himalay və Tibet dağlarəında rast gəlmək mümkündür. Qodli meyvəsi indi demək olar ki, dünyanın bir çox ölkələrində yetişir. Ona Amerikada, Afrikada, Avropada, hətta Avstraliyada da rast gəlmək mümkündür. Tarix boyu qodji meyvəsini müxtəlif adalarla tanıyıblsar. Ona “xoşbəxtlik giləmeyvəsi”, “qırmızı almaz”, “cənnət giləmeyvəsi”,”uzunömürlülük meyvəsi”, “ tibet zirinci” də deyilir. Onun tərkibindəkilərdən faydalanan hər bir xalq qodji meyvəsini özüxəməxsus adla adlandırmışdır. 100 qram qodji giləmeyvəsində olan qida dəyəri:
- Zülallar – 11,7 qr
- Yağlar – 37 qr
- Karbohidratlar – 43,2 qr
- Su – 0
- Kalori – 253 kKal.
Qodjinin tərkibi C, B vitamini, sink, fosfor, dəmir, selen, beta – karotin, tiosianat,, antioksidant, amin turşuları, polisaxaridlər, qlikozinolatlar, flavonoidlər, steroidlər, tiamin, zeaksantin, riboflovin və kalsiumla zəngindir. Çin təbabətində qodji giləmeyvəsindən kişi və qadınlarda fiziki gücün artmasında, əhval-ruhiyyənin yaxşılaşmasında, stress vəziyyətlərində sinirlərin sabitləşməsi üçün istifadə edilir. O xərçəng hüceyrələrinə qarşı mübarizə aparır, orqanizmin immunitetini artırır və ömrün uzanmasına səbəb olur.
Qodji meyvəsindən qaraciyərin, böyrəklərin, gözün, uşaqlıq orqanının xəstəlikləri zamanı faydası böyükdür. O qanda şəkərin miqdarının artmasına, yuxusuzluğun aradan qalxmasına səbəb olur.
Alsheymer xəstəliyi zamanı qodji giləmeyvəsinin yemək xəstəliyin əlamətlərini aradan qaıdırır. Bu giləmeyvə sinir sisteminin işini normallaşdırır, hormonal balansı normallaşdırır, sidik ifrazı üzvlərinin normal işləməsinıə, melatoninin miqdarının artmasına səbəb olur, ağciyərləri möhkəmləndirir, qaraciyərin piylənməsinin qarşısını alır. Qodji meyvəsi yemək baş hərlənməni və baş ağrılarının aradan qalxmasına səbəb olur. Qodji orqanizmə antioksidant təsir göstərir, təzyiqin az miqdar aşağı düşməsinə səbəb olur. O göbələk xəstəliklərinin sağalmasına, bağılrsaq çöplərinin məhv olmasına səbəb olur. Qodji orqanizmdə iltihabi xəstəlikləri sağaldır. Onun üzərində araşdırma aparan mütəxəssislər tərkibində olan zəngin makro və mikroelementləri öyrəndikdən sonra qodjinin geniş reklamını aparmışıar. Onun reklamı ilə isə dünyaca məşhur adamlar məşğul olmuşlar. Stiven Spilberq, Opra Unfri qodjinin reklam olunması zamanı onun idmançılara güc bəxş etdiyini və fiziki gücü bərpa etdiyini qeyd etmişdir.
Kosmetalogiyada qodji giləmeyvəsi
Qodji giləmeyvəsi orqanizmin hüceyrələrininn qocalmasının qarşısını alır. Bu dəri hüceyrələrində də öz təsirini göstərir. Kosmetoloqlar dərinin gec qocalması üçün qodji yeməyi məsləhət bilir. Ondan kremlərin, losyonların və müxtəlif dəriyə qulluq vasitələrinin hazırlanması zamanı da istifadə olunur.
Qodji meyvəsinin zərərli xüsusiyyətləri
Hamilələrə, süd əmizdirən analara və 3 yaşına qədər uşaqlara qodji yemək məsləhət görülmür. Gün ərzində 25 qramdan artıq qodji yemək tövsiyə edilmir. Bu müalicəvi effektin azalmasına səbəb ola bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qodji giləmeyvəsi(Lat.Lucium barbarum)" haqqında müzakirə