Kinoa haqqında

  • Müəllif: elnare
  • Tarix: 24 iyun 2018
  • Baxış sayı: 2 073
  • 0 rəy

Kinoa Cənubi Amerika və And dağlarında bitən kinao bitkisinin dənləridir. Kinoadan çox istifadə etmək insanlarda boy artımının sürətlənməsinə səbəb olur. Kinoa bitkisinin açıq yaşıl rəngli budaqları, iri yaşıl yarpaqları və çoxlu miqdarda toxumları toplanmış iri meyvəsi olur. Kinoa bitkisinin üç növü var. Bu onların rənginə uyğun olaraq ayırd edilir. Onun qırmızı, qara və açıq qəhvəyi rəngli növləri var. Kinao qədim qida məhsullarındandır. O hinduların ən çox istifadə etdikləri qidalardandır. Bu bitkiyə kartof və qarğıdalı qədər ehyiyac duyulur. Bunun səbəbi isə onun faydalı tərkibə malik olmasıdır. Kinoa bitən bölgələrədə digər taxıl məhsullarının qıtlığı yaşandığı zamanlarda çörəyi və qidanı əvəz eləmək məqsədilə isstifadə edilib. Kinoa ən çox dağ massivlərində yetişir. O ən çox Himalay və Tibet dağlarında yetişir. Dünyanın bir çox cəngəlliklərində kinoa bitkisi yabanı halda bitir. Son illədə kinao bitkisinin becərilməsi ilə Boliviya, Uruqvay və Peru məşğul olur. İdxal edilən kinoa bitkisinin məhsuldarlığı çox yüksəkdir. 90% kinoa bitkisinin idxalı ilə ABŞ məşğul olur. Kinoa bitkisinin nəinki toxumlarından, hətta yarpaqlarından da istifadə olunur. Onun yarpağı ispanaq və çuğundur yarpaqlarının dadını xatırladır və onlarla təxminən eyni tərkibə malikdir.
Qida sənayesində tətbiqi
Kinoa vegeteryanların ən çox istifadə etdiyi qida məhsullarındandır. Ondan qarnır kimi istifadə edilir. Kinoa aşağıdakı kimi hazırlanır:
1. Kinoa dənləri çoxlu yuyulur( yaxşı yuyulmadıqda dadı acı olur)
2. Kinoa qaynadılmır(onu qaynatdıqda əriyir)
3. Bişirərkən bir-birinə yapışmaması üçün qarışdırılır.
Onunla bulyon bişirərkən qısa müddət ərzində qaynatmaq lazımdır. Kinoadan da düyü kimi müxtəlif qidaların hazırlanmasında istifadə edilir. Onu ət, balıq, tərəvəz, sousların hazırlanmasında istifadə etmək olur. Bu dənli bitkinin dənlərini qozla bişirdikdə dadlı yemək alınır. Kinoanın qida dəyərinin aşağı düşməməsi üçün onu qaynar suda saxlayıb yemək lazımdır. Bu zaman onun tərkibində olan vitamin və minerallar öz tərkibini olduğu kimi saxlayır. Onu bişirib suyunu süzdükdən sonra salatlara əlvə etmək olur. Kinoanı istənilən yeməyə qarnir kimi təqdim etmək olur. Kinoa makaron və çörəyi əvəz edə bilir. O bişirildiyi zaman unikal dada malik olan dənli bitkidir. 100 qram kinoa dəninin tərkibində 368 kalori var.
Faydalı tərkibi
Bu dənli bitkinin tərkibində qiymətli bitki zülalları var. Bu bitki dənlərindən hazırlanan qidalar uşaqlar, hamilələr, idmançılar, fiziki və zehni işlə məşğul olanlar üçün çox faydalıdır. Onun tərkibi vitamin, mineral , arqinin, izoleysin, qisidin, lizin, leysin, metioninsistein, triptofan, treonin, fenilalalin, tirozin aminturşuları ilə zəngindir. Kinoanın tərkibində olan lizin, kalsiumun orqanizm tərəfindən sorulmasını asanlaşdırır, zədələnmiş yara və toxumaların qısa müddətdə sağalmasına səbəb olur. Onun tərkibindəkilər boyun uzanmasını sürətləndirir, sümük sisteminin düzgün formalaşmasına səbəb olur. Kinoanın tərkibində yüksək miqdarda lesitin turşusu, qlisin, qlütamin turşusu, serin, prolin, sistein, tirezin var. Onun tərkibi folat, riboflovin, liflələ zəngindir.
Müalicəvi xüsusiyyətləıri
Onun tərkibində maqniumun miqdarı yüksək oldduğuna görə ürək-damar sistemi xəstələri üçün çox faydalıdır. O damarlarda olan gərginliyin aradan qalxmasına səbəb olub, ürəyin işini normallaşdırır. Ürək xəstəliklərindən, miqrendən, artıq çəkidən xilas olmaq istəyənlər üçün kinoa dənlərindən hazırlanmış qidaları qəbul etmək məsləhət görülür. Artrit xəstələrinin və yaşlı adamların kinoa dənlərindən hazırlanan qidalar yeməyi məsləhət bilinir. Kinoa qanda şəkərin miqdarını aşağı salır, anemiya əlamətlərini aradan qaldırır və ürək faliyyətini yaxşılaşdırır. Kinoa hamilə və uşaqəmizdirən qadınlar üçün əla qida vasitəsidir. Ondan istifadə eləmək orqanizmi möhkəmləndirir, immunitetin artmasına səbəb olur. Ağır xəstəliklərdən və əməliyyatlardan sonra kinoa ilə qidalanmaq orqanizmin itirilmiş enerjisinin bərpa olunmasına yardım edir.
Kosmetologiyada istifadəsi
Kosmetologiyada kinoa toxumlarından skrabların və sellüit əleyhinə kosmetoloji preparatların hazırlanmasında istifadə edilir. O dəriyə liftinq təsiri bağışlayır.
Kinoanın zərərli xüsusiyyətləri
Kinoanın tərkibində çoxlu züllallar və oksalat duzları var. Ondan istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşməyiniz tövsiyə edilir. Çünki bu maddələr böyrəklərdə patologiyaların əmələ gəlməsinə və podaqraya səbəb ola bilir. Davamlı olaraq kinoa ilə qidalanmaq uşaqlarda allergiyanın əmələ gəlməsinə səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kinoa haqqında" haqqında müzakirə