Astra çiçəyinin faydaları

  • Müəllif: elnare
  • Tarix: 20 iyun 2018
  • Baxış sayı: 2 831
  • 0 rəy

Çiçəyin adı latınca ulduz deməkdir. Bu bitki həddindən çox növlərinin və rənglərinin olmasına görə çox məşhurdur. O elmdə birillik çiçək bitkisi kimi tanınır. Ləçəklərinin gözəlliyi və rəngarəng olması onun adının hər bir dildə müxtəlif, gözəl adlandırılmasına səbəb olur. Əsasən isə onu Çin astrası kimi tanıyırlar.
Seleksionerlərin zəhməti sayəsində bu çiçəyin 600-dən çox növü vardır. Onlar Avropanın, Asiyanın,Şimali Afrikanın və Amerikanın meşələrində, dağlarında və doğma vətəni satyılan Çin və Koreyada daha çox bitir. MDB ölkələrində astranın 26 növü becərilir. Astra ot bitkisi olub, astrakimilər fəsiləsinə aiddir. Onun çiçəklərinin diametri 15 sm-ə qədər böyük ola bilir. Astranın çiçəkləri açdıqdan sonra uzun müddətə solmur. Onun ilk çiçəkləri yaz aylarında açmağa başlayır, bəzi növləri isə donuşluq başlayana qədər çiçək açır.
Bu çiçək özünün qurumuş toxumları vasitəsilə yaz aylarında artırılır. Onun toxumlarını payız aylarında istixanalarda yetişdirib, yazda şitillərini əkmklə də artırmaq mümkündür. Bu zaman astra daha tez çiçək açır. Onu açıq yerdə əkdikdə daha tez böyüyür. Astra nəmliyi sevmir, onun kökünün daima suda olması bitkinin məhv olmasına səbəb olur. Quru havalarda adi cuvarma yolu ilə, şitillər öz kökünü tutduqdan sonra sulandlqda bitki daha yaxşı inkişaf edir. Xalq təbabətində astradan geniş istifadə edilir. İstifadə etmək üçün isə onu xüsusi qayda ilə yığmaq və saxlamaq lazımdır. Astranın yarpaqları və toxumları ayrı-ayrılıqda yığılır. Onu təmiz və isti hava şəraitində alaçıqda, kölgədə qurutmaq lazımdır. Bitkinin kökləri isə sentyabr ayında yığılır. Onu da toxumları ilə eyni şəraitdə qurutmaq lazımdır.  Astranın qurudulmuş hissələrini kağıza bükülü halda 2 il saxlamaq mümkündür.Onun tərkibindəkilər öz təsirini iki ildən artıq saxlaya bilmir. Astranın tərkibində kauçuk, flavonidlər, kumarinlər, saloninlər var. Bu maddələr də astranı hərarətsalıcı, iltihab əleyhinə, bəlğəmgətirici, öskürəl əleyhinə təsirə malik olmasına səbəb olur. Astra dəmləməsindən soyuqdəymə və quru öskürək zamanı qəbul elmək məsləhət bilinir. Onun dəmləməsindən ağciyərlərin vərəm xəstəliyi zamanı geniş istifadə olunur. Onun bir çox növlərindən həzm sistemi orqanlarının xəstəlikləri zamanı istifadə edilir. Davamlı olaraq astra dəmləməsi içmək mərkəzi sinir sisteminə sakitləşdirici təsir edir, qıcıqlanmanı aradan qaldırır.
* Astranın tünd rəngdə olan 1 xörək qaşığı quru çiçəklərini xırdalayıb 1 stəkan qaynar suda dəmləyib içmək qanaxmanın dayanmasına səbəb olur.
* Quru öskürək zamanı 600 ml qaynar suya 3 xörək qaşığı xırdalanmış astra kökünü salıb zəif odda 15-20 dəqiqə qaynamaq və içmək çox faydalıdır.
* Bronxit əlamətlərini aradan qaldırmaq üçün astranın 3 çay qaşığı təzə çiçklərini və ya qurumuş ləçəklərini 250 qram qaynar suda dəmləyib içməkdə fayda var. Bunun üçün dəmləməni gündə 4 dəfə, hər dəfə isə 1 xörək qaşığı içmək lazımdır.
* Dəri xəstəliklərinin müalicə və profiaktikasında 500 ml auya 2 xörək qaşığı astra çiçəklərini salıb 3 dəqiqə qaynatmaq və gündə 3 dəfə, hər dəfə 100 ml içmək lazımdır.
Bəzi öklərələrin mətbəxində astra çiçəyinin yasəmən və bənövşəyi rənglərindən qidaları dadlandırmaq məqsədilə istifadə edilir.
Kosmetologiyada 
Astra çiçəkləri orqanizmə saktləşdirici təsir göstərdiyinə görə ondan vannalar qəbul edilməsi üçün istifadə olunur. Bu vannalar dəriyə və orqanizmə sakitləşdirici təsir bağışlayır.
Astra gülünün zərərli xüsusiyyətləri
Böyrək, qaraciyər və qan xəstəliklərindən, allergiyadan əziyyət çəkən xəstələrə astra dəmləməsindən istifadə eləmək məsləhət deyil. Onu uşaqlara verərkən diqqətli olmaq lazımdır. Orqanizmində astra gülünün tərkibində olan komponentlərə qarşı həssaslıq olan adamlara bu bitkidən müalicə məqsədilə istifdə eləmək məsləhət görülmür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Astra çiçəyinin faydaları" haqqında müzakirə