Kokosun faydaları

Kokosun faydaları

  • Müəllif: admin2
  • Tarix: 9 iyun 2018
  • Baxış sayı: 378
  • 0 rəy
Kokos,  kokos palmasının sərt qabığa malik olan meyvəsidir. Onun qabığı sərt və möhkəm, daxilindəki məhsul isə yumşaq olur.
Kokos palmakimilər fəsiləsinə aiddir . Onun meyvəsi kokos qozu adlanır. Kokos ağacını digər ağaclardan fərqləndirən yeganə xüsusiyyət onun dəniz suyuna olan ehtiyacıdır. Bu ağac yanlız dəniz suyu ilə qidalanmağı sevir. Bu səbəbdən də kokos ağacına okean və ya dəniz kənarlarında rast gəlmək mümkündür. Kokosun qabığı elə möhkəm olur ki, onu uzun müddət suda saxladıqda da yumşalmır. Onun meyvələrini dəniz suları ağacın özündən kənara doğru apardıqdan bir müddət sonra orada yeni kokos cücərtiləri bitir. Kokosu necə sındırmalı?
Kokosun üst hissəsində üçbucaq şəklində işarə var. Həmin hissəni iti bıçaqla kəsərək və ya deşik açaraq içərisindəkiləri boşaltmaq lazımdır. Bir kokos meyvəsindən 3 stəkana yaxın qoz içliyi toplamaq olur.
Kokosun faydalı xüsusiyyətləri
Kokosun tərkibi çoxlu faydalı maddələrlə, təbii yağlarla və antioksidantlarla zəngindir. Kokosun tərkibində kalium, kalsium, maqnium, fosfor, E, C vitaminləri, folat və liflər var. Kokosun lətli hissəsi həzm sisteminin və görmənin yaxşılaşmasına səbəb olur. O fiziki gücü bərpa edir, immuniteti yüksldir, ürək-damar və xərçəng xəstəliyi riskinin əmələ gəlməsinin qarşısını alır.
Kokos iltihab əleyhinə və antimikrob təsirə malikdir.
Kokos südünün xüsusi qoxusu və şirin dadı var. Onun tərkibinin 29%-ni yağlar, 6%-ni karbohidratlar, 4%-ni isə zülallar təşkil edir. Kokos südü dəri üçün əvəzolunmazdır. Kokos südü dərini təravətləndirir, tonuslandırır, quruluğunu aradan qaldırır, elastikliyini artırır. O dəri səpgilərinin sağalmasına, dəridəki allergik reaksiyaların aradan qalxmasına səbəb olur. Kokos yağının tərkibində olan triqliresidlər və yağ turşuları dərinin məxmər kimi yumşalmasına, dəridə olan bakteriyaların, mikrobların, göbələklərin sağalmasına səbəb olur. Qidaları kokos yağı ilə hazırlayıb yedikdə qəbul edilən yağ qaraciyərə zərər vermir və bağırsaqlardan asan sorulur. Kokos yağının orqanizm üçün ən yaxşı faydası onun orqanizmdə yığılıb qalmamsıdır. O qəbul edildiyindən az müddət sonra enerjiyə çevrilir. İdmançıların bu yağdan istifadə etmələrində fayda var. Tropik ölkələrdə kokos “göylərin hədiyyəsi” adlandırılır.
Kokosun zərərli xüsusiyyətləri
Artıq çəkidən və diareyadan əziyyət çəkənlərə kokos istifadə eləmək məsləhət görülmür. Qalxanabənzər vəzin hiper funksiyası zamanı kokosdan istifadə eləmək məsləhət görülmür. Buna səbəb isə kokos qozunun qalxanabənzər vəzin funksiyanı artırmasıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Kokosun faydaları" haqqında müzakirə

Rəy əlavə et

Şifrə görsənmirsə yenilə