Pambıq yağının faydaları

  • Müəllif: admin2
  • Tarix: 30 may 2018
  • Baxış sayı: 712
  • 0 rəy
Pambıq yağı bir çox ölkələrin qida rasionunda günəbaxan yağı qədər məşhurdur. Pambıq yağından ən çox Birləşmiş Ştatlarda və Orta Asiya ölkələrində istifadə edilir. Pambıq yağından qida, kosmetik və kimya sənayesində geniş istifadə edilir. Pambıq yağı pambıq toxumlarından əldə edilir. Pambıq yağını rafinə etdikdə o öz qoxusunu itirir və şəffaf rəngdə olur. Bu səbəbdən də qida sənayesində rafinəedilmiş pambıq yağından istifadə olunur. Bu səbəbdən də mütəxəssislər rafinəedilmiş pambıq yağını almağı məsləhət görür. Qida sənayesində pambıq yağından tortların, piroqların, vaflilərin hazırlanmasında istifadə edilir. Ondan demək olar ki, bütün asiya mətbəxlərində istifadə edilir. Pambıq yağında bütün növ konditer məhsullarının hazırlanmasında istifadə olunur. Ondan tərəvəzlərin qızardılması zamanı da istifadə edilir. Pambıq yağı ilə tərəvəzlər marinadlaşdırılır, müxtəlif salatlar hazırlanır.
Faydalı tərkibi
Pambıq yağının tərkibində B, E, PP vitaminləri, doymamış yağ turşuları, Omeqa3 və Omeqa6 yağı var. Pambıq yağının tərkibinin 70%-ini A vitamini təşkil edir. Onun tərkibi faydalı doymuş və doymamış yağlarla zəngindir. Pambıq yağının tərkibində olan bəzi maddələr orqanizm tərəfindən istehsal olunmur. Bu çatışmazlığı pambıq yağından istifadə etməklə aradan qaldırmaq mümkündür.
Faydalı tərkibi
Pambıq yağı antioksidant maddələrlə zəngindir. Ondan istifadə eləmək damarların elastikliyini artırır və ürəyin işini yaxşılaşdırır.
Pambıq yağının tərkibində olan yağ turşuları iltihab əleyhinə və antihistamin təsirə malikdir. Onun tərkibində olan E vitamini orqanizmin qocalmasını ləngidir, immuniteti yüksəldir, sinir sistemini möhkəmləndirir. Pambıq yağının tərkibində olanlar qanda xolesterinin miqdarının azalmasına səbəb olur, qan damarlarında olan piy cisimciklərini əridir. Onun tərkibində olan doymamış yağ turşuları, turşular və D vitamini orqanizm tərəfindən kalsiumun, fosforun sorulmasını sürətləndirir və sümük toxumasını möhkəmləndirir.
Kosmetologiyada istifadəsi
Pambıq yağı dərinin qidalandırmaqla yumuşalmasına səbəb olur. O dəri tərəfindən asan sorulur. Bu yağdan balzamların, kremlərin, mazların, şampunların hazırlanmasında geniş istifadə edilir. Pambıq yağlı dərini elastikləşdirir, onun strukturunun möhkəmlənməsinə səbəb olur. Pambıq tərkibli maskalar üz və boyun bölgəsinin qidalanmasına, dərinin regenerasiyasının sürətlənməsinə səbəb olur. Onun tərkibində olan efir yağları dərinin alt qatlarına nüfuz edərək səpgilərin sağalmasına səbəb olur. Pambıq yağı dərini yumşaldır, saçların strukturunu sağlamlaşdırır, saçqıranların aradan qalxmasına səbəb olur. Pambıq yağından bir çox kosmetik vasitələrin hazırlanmasında istifadə edilir.
Pambıq yağının zərərli xüsusiyyətləri
Pambıq yağı orqanizmdə allergiya əlamətlərinin meydana çıxmasına səbəb ola bilir. Orqanizmə zərəri toxunmasın deyə təzə və rafinə edilmiş pambıq yağını almaq məsləhət görülür. Rafinə edilməmiş pambıq yağı kişi spermatogenezinə mənfi təsir edir, qadınlarda sonsuzluğun meydana çıxmasına səbəb olur. Bu yağdan ehtiyatla istifadə etmək lazımdır. Ondan davamlı olaraq və çoxlu miqdarda qəbul etmək məsləhət deyil.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Pambıq yağının faydaları" haqqında müzakirə

Rəy əlavə et

Şifrə görsənmirsə yenilə