Göyərçin yumurtası

  • Müəllif: elnare
  • Tarix: 7 may 2018
  • Baxış sayı: 13 070
  • 0 rəy

Göyərçin yumurtasının ölçüsü 4 santimetrdən böyük olmur. Bütün növ göyərçinlərin yumurtalarının rəngi ağ, sığallı və parlaq olur. Göyərçin yumurtlarının rəngi tam ağ deyil, ağın zəif qəhvəyiyə çaları rəngdə olur. O möhkəm və çətin sınan qabığa malik olur.
Göyərçin yumurtası barədə Bibliyada da yazılara rast gəlinir. Orada zeytun meyvəsinin göyərçin yumurtası boyda olduğu qeyd edilib. Göyərçin yumurtası qədim zamanlardan insanların qida rasionuna daxil olub. O qədim zamanlardan ev şəraitinə uyğunlaşdırılıb.
Göyərçinlər Antraktidadan başqa bütün qitələrdə yaşaya bilirlər. Onlara növündən asılı olaraq Afrikada, Cənubi Amerikada, Azərbaycanda rast gəlmək mümkündür. Azərbaycanda göyərçinlərin müxtəlif növlərinə rast gəlmək mümkündür. Göyərçin yumurtasından kulinariyada geniş istifadə edilir. Onun özünəməxsus gözəl dadı olur. Göyərçin yumurtası alarkən onun təzəliyinə və qabığının korlanmamasına diqqət yetirmək lazımdır. Bu yumurta növünü 2 həftə və daha çox artıq saxlamaq olur. Uzun müddət saxlanılan zaman onu kağıza bükmək və ən azı həftədə bir dəfə çevirmək lazımdır. Bu yumurta sarısının qabığın bir tərəfinə yığılmasının qarşısını alır.
100 qram göyərçin yumurtasının tərkibində olanlar:
- Zülallar – 14 qr
- Yağlar – 13,5 qr
- Karbohidratlar – 1,5 qr
- Su – 74 qr
- Kalori – 100 kKal.
Göyərçin yumurtasının tərkibi müxtəlif minerallarla zəngindir. Onun tərkibində çoxlu miqdarda dəmir var. Bu səbəbdən də göyərçin yumurtasını əsasən uşaqlara verirlər. Göyərçin yumurtasının tərkibi kükürd, A, D, E, B2 vitaminləri ilə də çox zəngindir. Göyərçin yumurtası ilə qidalanmaq boyun artmasına, zədələnmələrdən sonra sümüklərin tez bir zamanda bitişməsinə, görmənin yaxşılaşmasına, dəri və selikli qişaların sağlamlaşmasına səbəb olur. Hamilə və uşaqəmizdirən anaların göyərçin yumurtası yemələrində fayda var.
Göyərçin yumurtası yemək cinsi zəifliyin aradan qalxmasına səbəb olur. Kulinariyada ondan hazırlanmış qayğanaqdan qida vasitəsi kimi istifadə edilir. Göyərçin yumurtası bəzi Avropa ölkələrinin ən sevimli qidası sayılır. Göyərçin yumurtasından kisellərin, suflelərin hazırlanması zamanı geniş istifadə edilir. Göyərçin yumurtasından Çin mətbəxində daha geniş istifadə edilir. Göyərçin yumurtasını toyuq yumurtası kimi istənilən qidaların bişirilməsi zamanı istifadə etmək mümkündür.
Göyərçin yumurtasının zərərli xüsusiyyətləri
Yumurtaya allergiyası olan xəstələrə göyərçin yumurtası yemək məsləhət görülmür.  Uşaqlara həddindən çox göyərçin yumurtası vermək tövsiyə edilmir. Bu onlarda allergiya əlamətlərinin meydana gəlməsinə səbəb ola bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Göyərçin yumurtası" haqqında müzakirə