Süd turşusu suyu(sıvorotka)

  • Müəllif: elnare
  • Tarix: 21 aprel 2018
  • Baxış sayı: 4 530
  • 0 rəy

Süd turşusu suyu təbii üsullarla əldə edilən içkidir. O südün təbii yollarla turşuması nəticəsində əldə edilir. Süd turşusu suyunun faydası barədə Hippokratın əlyazmaqlarında yazılara rast gəlinib. Hippokrat qaraciyər, ağciyər və psoriaz xəstələrinə süd turşusu suyu içməyi tövsiyə etmişdir. XVIII əsrdə isə bu içkidən sidikqovucu, möhkəmləndirici, sakitləşdirici vasitə kimi istifadə edilib. Həmin dövrdə həkimlər ishaldan, böyrək daşlarından və dizenteriyadan əziyyət çəkənlərə süd turşusu içkisi ilə qidalanmağı məsləhət bilib. Satış məntəqələrində 1 litrlik plastik qablaşdırmalarda satılan süd turşusu içkisinə rast gəlmək mümkündür. Süd turşusu içkisini ev şəraitində hazırlamaq mümkündür. Onu iki sadə reseptlə hazırlamaq mümkündür.
1. İnək südü isti yerdə saxlanılaraq turşudulur. Sonra o qaynadılır və soyumağa qoyulur. Süd qaynadıldıqda onun tərkibində kəsmik və su əmələ gəlir. Soyuduqdan sonra o tənzifdən süzülür. Əldə edilən kəsmik şirniyyatların hazırlanması zamanı istifadə edilir, maye isə şüşə butulkaya doldurulub soyuducuya qoyulur.
2. Mağazadan pasterizə edilmiş süd alınır, qaynamağa qoyulur. Bu zaman ona bir limonun şirəsi sıxılır və qarışdırılaraq qaynadılır. Bu zaman o kəsmiyə və süd turşusu suyuna çevrilir. Qarışım tənzifdən süzülür.
Süq turşusu suyundan kosmetoloji məqsədlərlə istifadə edilir. Ondan şampunların, balzamların, saç kondisionerlərinin hazırlanmasında istifadə edilir. Bu sudan üz üçün losyonlar, krem və maskaların hazırlanması zamanı da geniş istifadə olunur.
Süd turşusu suyunun tərkibi B, C, E, H, A vitaminləri, kalsium, kalium, fosfor, süd şəkəri və süd turşusu bakteriyaları ilə zəngindir. Onun tərkibində olan kiçik molekullu süd zülalları hüceyrələrin yenilənməsini sürətləndirir. Süd turşusu suyu orqanizm üçün çox faydalıdır. O orqanizmə möhkəmləndirici təsir göstərir, mədə sekresiyasının funksiyasını artırır. Dietoloqlar artıq çəkidən azad olmaq istəyənlərə maddələr mübadiləsini yaxşılaşdırmaq məqsədilə bu içkidən içməyi məsləhət bilir. Bu içki orqanizmdən toksinlərin və artıq şlakların xaric olunmasına səbəb olur. Süd turşusu içkisi immuniteti yüksəldir, ürək-damar sistemini möhkəmləndirir və cinsi hormonların miqdarının artmasına səbəb olur. Qastroenteroloqlar öz xəstələrinə süd turşusu məhlulu içməyi məsləhət bilir. Qastrit, kolit, mədə-bağırsaq yarası, daxili orqanların iltihabi xəstəlikləri, bağırsaq fəaliyyətinin pozulmaları zamanı bu içkidən içməkdə fayda var. Böyrək xəstəlikləri və hamiləlik səbəbindən əmələ gələn şişkinliklərin aradan qalxması üçün süd turşusu içkisindən içmək çox faydalıdır. Bu maye orqanizmdən artıq suyun çıxarılmasını sürətləndirir və böyrəklərin fəaliyyətini normallaşdırır. Ondan üz dərisi və saçlar üçün maskaların hazırlanmasında istitifadə olunur. Bu maddə saç və dəri toxumasındakı ölü hüceyrələrin xaric olunmasına və yeniləri ilə əvəz olunmasına səbəb olur. Üz dərisinin gözəlləşməsi üçün limon şirəsi sıxılmış süd turşusu məhlulunu dəriyə sürtmək lazımdır. Bu zaman pambıq qarışıma batırılır və üzə sürtülərək 20 dəqiqə saxlanıldıqdan sonra ilıq su ilə yuyulur.
Süd turşusu içkisindən uşaq qidalarının hazırlanması zamanı da istifadə edilir. Ondan ətlərin marinadlaşdırılması zamanı istifadə edilir.
Süd turşusu içkisinin zərərli xüsusiyyətləri
Bu içkinin zərərli xüsusiyyətləri barədə qeydlərə rast gəlinməyib.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Süd turşusu suyu(sıvorotka)" haqqında müzakirə