Qarğıdalı dəni

  • Müəllif: admin2
  • Tarix: 15 aprel 2018
  • Baxış sayı: 447
  • 0 rəy
Qarğıdalı dəni qida vasitəsi kimi istifadə edilən dənli bitkilərdən biridir. Qarğıdalı dəninin qida dəyəri və faydası digər dənli bitkilərdən çox üstündür. Qarğıdalı dəni artıq piylənmənin əmələ gəlməsinə səbəb olmur. Bu səbəbə görə azhərəkətli və yaşlı adamlara onunla qidalanmaq məsləhət görülür.
Qarğıdalı dənindən xüsusi gözəl dada məxsus şorba hazırlanır. Bunun üçün amma, qarğıdalının 3-4 saat qaynatmaq lazımdır.
Qarğıdalıdan müxtəlif qida məhsulları hazırlanır.
Qarğıdalının tərkibində zülallar və karbohidratlar var. 100 qram qarğıdalının tərkibində 328 kalori var. Ondan həddindən çox qəbul elədikdə artıq çəkinin əmələ gəlməsinə səbəb ola bilir.
Qarğıdalı dəninin qidalanma dəyiri çox yüksəkdir. Onun tərkibinin 75%-i karbohidratlar, karotin, B1, B2, PP, A vitaminləri ilə zəngindir. Mütəxəssislər azhərəkətli adamlara qarğıdalı yeməyi məsləhət görür. Qarğıdalı orqanizm tərəfindən asan sorulan qidalardandır. O az kalorili məhsullardandır. Ondan hazırlanmış sıyıq orqanizmdən artıq piylərin xaric olunmasını sürətləndirir. Bu sıyıq pestidsidlərin də xaric olunmasına səbəb olur. Qarğıdalı dənələrinin tərkibində olan makro və mikroelementlər dişlərin möhkəmlənməsinə səbəb olur. Qarğıdalı dənələrindən hazırlanan yeməklərdən çox istifadə edən ölkələrdə ürək-damar sistemi xəstəliklərinə az rast gəlinir. Moldaviya, Rumıniya belə ölkələrin siyahısına daxildir. Qarğıdalı ununun üzərinə süd əlavə edib zəif odun üstündə bişirdikdə dadlı sıyıq alınır. Bu zaman süd qaynayana qədər onu qarışdırmaq və qaynamağa başladıqdan sonra isə odun istiliyini azlatmaq lazımdır. Bu ən qısa müddətə bişən qarğıdalı yeməyidir. Qarğıdalı və balqabağın süddə bişirilməsindən də dadlı yemək hazırlamaq mümkündür. Qarğıdalıdan hazırlanmış qidalar orqanizm tərəfindən asanlıqla sorulur və asan həzm olunur.
Qarğıdalının zərərli xüsusiyyətləri
Mədə və onikibarmaq bağırsağın yara xəstəliyi zamanı qarğıdalıdan istifadə etdikdə diqqətli olmaq lazımdır.
Mütəxəssislər arıq adamlara qarğıdalıdan istifadə etməyi məsləhət bilmir. Bu onlarda çəkinin bir az da azalmasına və iştahanın itməsinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Qarğıdalı dəni" haqqında müzakirə

Rəy əlavə et

Şifrə görsənmirsə yenilə