Skumbriya

  • Müəllif: elnare
  • Tarix: 11 aprel 2018
  • Baxış sayı: 6 594
  • 0 rəy

Skumbriya
Skumbriya skumbriyakimilər fəsiləsinə aid olub sürü şəklində yaşayan balıqlardandır. Onların uzunluğu ən çox 60 sm, eni isə 30 sm olur. Onu kiçik quyruğu, göyün yaşıla çaları rəngdə kürəyi, zolaqlı dərisi olur. Skumbriyanın üzgəcləri olmur, amma, buna baxmayaraq saatda 77 kilometrə qədər məsafə qət edə bilir. Skumbriya balığı 8-20* tempraturda olan sularda yaşayır və çoxalırlar. Suyun istiliyi onları qane etmədikdə isə bu balıqlar digər su hövzələrinə köç edirlər.
Skumbriya əti orqanizm tərəfindən asan sorulur. Onun tərkibində orqanizmin həyat fəaliyyəti üçün lazım olan zülallar var. Skumbriya ətində fosfor, kalium, maqnium, sink, yod, kalsium, ftor, çoxlu miqdarda D vitamini var. Skumbriya ətində olan D vitamini sümüklərin möhkəmlənməsinə səbəb olur.
100 qram skumbriya əti yemək orqanizmin gündəlik züllalara olan tələbatını ödəyir. Skumbriya balığı yağlı balıqdır. Onun tərkibində olan süzülməmiş yağlar orqanizm üçün çox faydalıdır. Ətdə olan yağlar heyvan mənşəli yağ olduğuna görə orqanizm üçün çox faydalıdır və tez sorulur. Tərkibindəki yağ turşuları və omeqa3 ürək-damar xəstəlikləri riskinin aradan qaldırır və beyin fəaliyyətini yaxşılaşdırır. Skumbriya ətində olan yağlar tomb əmələ gəlməsinin qarşısını alır, kapillyarlarin divarını möhkəmləndirir, qan dövranını normallaşdırır. Hamilə qadınlara skumbriya əti ilə qidalanmaq çox faydalıdır. Ətin tərkibində olan B qrup vitaminləri orqanizm üçün çox faydalıdır. Bu vitaminlər gücün möhkəmlənməsinə, sinir sisteminin yaxşılaşmasına səbəb olur. Onun tərkibində olan zülallar orqanizm tərəfindən asan sorulur. Skumbriya əti yemək xərçəng, revmatoid artrit, atereskleroz, immun sistem zəifliyi xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır.
Skumbriyanın zərərli xüsusiyyətləri
Skumbriya əti yağlı olduğuna görə qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkənlərə bu balıqdan istifadə eləmək məsləhət görülmür. Tez-tez bu balıqdan yemək çəkinin artmasına səbəb olur. Duza qoyulmuş və hisə verilmiş skumbriya balığı arterial təzyiqin yüksəlməsinə, orqanizmdə olan xəstəliklərin kəskinləşməsinə səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Skumbriya" haqqında müzakirə