Burun qanaxmasını 5 dəqiqədə dayandıran ÜSULLAR

  • Müəllif: sahane
  • Tarix: 1 fevral 2018
  • Baxış sayı: 3 060
  • 0 rəy

Burun qanaxmaları əksər zaman travma və ya yaralanma nəticəsində meydana çıxır. Normal burun qanaması zamanı zənn etdiyiniz kimi çox miqdarda qan axmaz.

İmmunitet.
az-ın təqdim etdiyi üsullarla qanaxmanı asanlıqla dayandıra biləcəksiniz:

Qanı dayandırmaq üçün istifadə edə biləcəyiniz ən yaxşı üsullardan biri buzdur. Burnunuza əskiyə bükülmüş buzu qoyun. Rahat olacağınız şəkildə düz oturun. Qanın burundan tam axması üçün başınızı önə doğru əyin. Qanaxma azalacaqdır.

Bibər burun tutulmasını 5 dəqiqədən daha qısa bir müddətdə dayandırmaq üçün istifadə edilir. Ağız yolu vasitəsilə yeyildiyi zaman bu, vücudda qan axışına nəzarət etməyə kömək edir. 1 stəkan ilıq suya 1 çay qaşığı bibəri qarışdırıb için. Qanaxmanı dayandırmaq üçün qanaxmanın üzərinə də tətbiq edə bilərsiniz.

Vazelin burun qanaxmalarını dayandırmaq üçün istifadə edilir. Ən kiçik miqdarı belə ağciyərlərə daxil olarsa problem yarada bilər. Bu səbəbdən çox irəliyə çəkməyiniz məsləhət deyil.

Alma sirkəsi çox xəstəliyə kömək edir. Burun qanaxmaları zamanı da effektlidir. Alma sirkəsi qanın laxtalanmasını təmin edərək qanaxmanı dayandırır. Burun dəliyinizi alma sirkəsinə basdırılmış pambıq ilə basdırın 10 dəqiqə sonra qanaxmanız dayanacaq.

Mövsümi dəyişikliklər səbəbi ilə tez-tez burnunuz qanayırsa 2 çay qaşığı alma sirkəsini 1 stəkan ilıq su ilə qarışdırıb soyuq aylarda hər gün 3 dəfə için. Burun tıxanıqlığının qarşısını alır və arıqlamağınıza da kömək edəcək.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Burun qanaxmasını 5 dəqiqədə dayandıran ÜSULLAR" haqqında müzakirə