Ağciyərlərin hipoplaziyası (kiçilməsi)

Ağciyərlərin hipoplaziyası (kiçilməsi).
Bu ağciyərlərin kista əmələ gətirmədən inkişafdan qalmasıdır. Hipoplaziya ağciyərdə irinli prosesin inkişafı ilə müşayiət olunur ki, bu da aşağıdakı əlamətlərin əmələ gəlməsinə səbəb olur:
* intoksikasiya əlamətlərinin əmələ gəlməsi
* temperaturun yüksəlməsi
* ağciyər toxuması iltihabının fiziki simptomlarının təzahürü
* xroniki pnevmoniya əlamətləri
* pnevmoniyannın kliniki gedişinə xas əlamətlər.
Hipoplaziyanın 2 növü ayırd edilir:
1. Sadə hipoplaziya.
2. Kistoz hipoplaziya.
Yuxarıda sadalanan əlamətlər hipoplaziyanın hər iki növünə aiddir. Yalnız kistoz hipoplaziyası sadə formasınadan fərqləndirən ağciyərlərdə nazik qabığa malik kistaların formalaşmasıdır.
Xəstəliyə diaqnozun qoyulmasında aşağıdakı əlamətlər əsas götürülür:
– rentgenoqrafiyada ağciyərlərin həcminin kiçilməsi
– bronxoqrafiyada yalnız 3-6-cı sıra bronxlar görünür, sonra bronxoqramma sanki qaralır
– bronxoskopiyada kataral endobronxit, payın və seqmentar bronxların mənfəzinin daralması.
Kistoz hipoplaziya zamanı yuxarıda sadalananlarla bərabər ağciyərin proyeksiyası zamanı orqanın deformasiyalaşması və nazik divarlı kistalar aşkar edilir. Bu zaman ağciyərlərin kiçik qan dövranının inkişafdan qalması da aşkar görünür. Xəstəliyin müalicə proqramı pnevmoniyada olduğu kimidur.
Profilaktika məqsədilə xəstələrə aşağıdakılar məsləhət görülür:
* sağlam həyat tərzi
* kəskin pnevmoniyanı vaxtında və düzgün müalicə etdirmək
* kəskin bə xroniki bronxitin effektiv müalicəsi
* burun – udlağın infeksiya ocaqlarının vaxtında müalicəsi
* ağız boşluğu xəstəliklərinin müalicəsi.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...
Добавить комментарий

Оставить комментарий

Şifrə görsənmirsə yenilə