Hipotrioz nədir?

Hipotrioz nədir?
Hipotrioz qalxanvari vəzin hormon çatışmazlığı ilə müşayiət olunan xəstəlikdir. Hipotriozun əmələ gətirdiyi patologiyalar qanda tireoid hormonunun miqdarını normaya saldıqda aradan qalxır. Bəs hipotrioz nədir və orqanizmdə hansı patologiyalara səbəb olur?
Qalxanvari vəzi öz funksiyasını normal yerinə yetirə bilmədikdə az hormon ifraz edir və bu da hormon çatışmazlığına səbəb olur. Bu zaman orqanizmdə tireoid hormonunun sintezi pozulur və bəzi patologiyalar meydana çıxır. Treoid hormonu aşağıdakı səbəblərdən çatışmaya bilir:
– qəbul edilən qidalarda yodun miqdarı az olduqda
– qalxanvari vəzdə müxtəlif xəstəliklər olduqda
– qalxanvari vəzdə baş verən əməliyyatdan sonra
– şüa terapiyasından sonra.
Tərkibində yodun az olduğu qidalarla qidalanma da, orqanizmdə yod çatışmazlığına səbəb olur. Buna görə də gələcəkdə hipotriozla rastlaşmamaq üçün azyaşlı uşaqlara tərkibində yodun çox olduğu qidalardan istifadə etmək məsləhət görülür.
Tireoid hormonunun çatışmazlığı insanlarda aşağıdakı əlamətlərlə özünü biruzıə verir:
– piylənmə
– tempraturun aşağı olması
– bədəndə şişkinlik
– ağız və dodaqlarda böyümə
– çətin nəfəsalma
– eşitmə qabiliyyətinin zəifləməsi
– əqli cəhətdən zəiflik
– yuxululuq
– yaddaş zəifliyi
– bradikardiya
– anemiya.
Xəstəliyə diaqnoz qoymaq üçün USM -in və qanda hormonların miqdarının yoxlanılması kifayət edir.
Müalicə:

Hipotriozu meydana gəlməsinə səbəb olan əlamətləri aradan qaldırmaqdan ibarətdir. Xəstəyə tpiudin hormonu və tərkibində yodun çox olduğu qidalardan istifadə etmək məsləhət görülür.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...
Добавить комментарий

Оставить комментарий

Şifrə görsənmirsə yenilə