Yumurtalığın apopleksiyası

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 4 290
  • 0 rəy

Yumurtalığın apopleksiyası.
Yumurtalığın apopleksiyası yumurtalıq parenximasına ovulyasiya dövründə follikulun partlaması və ya sarıcısmin partlaması ilə əlaqədar olan qanaxmadır. Bu zaman yumurtalıq toxumasının tamlığı pozulur və qarın boşluğuna qanaxma verir. Xəstəliyə ən çox 15-30 yaşlarında olan qadınlarda rast gəlinir.
Yumurtalığın apopleksiyası qalça nahiyəsində kəskin ağrının baş verməsi ilə başlayır. Qısa bir müddətdən sonra isə xəstələrdə aşağıdakı patoloji əlamətlər özünü göstərir:
– ürəkbulanma
– qusma
– soyuq tər
– başgicəllənmə
– huşun itməsi
– selikli qişaların avazıması
– taxikardiya
– arterial təzyiqin aşağıdüşməsi
– qarında köp.
Ginekoloji müayinə zamanı xəstənin qarnının aşağı hissəsi ağrılı əllənir, uşaqlıq böyüməmiş olur, lakin yumurtalıqlar boyümüş və ağrılı olur.
Xəstəliyə diaqnozun qoyulması kliniki gedişə, anamnezə və obyektiv müayinələrə əsaslanır. Yumurtalığın apopleksiyasının ağrılı və daxili qanaxma forması ayırd edilir. Xəstəlik zamanı qanaxma uzunmüddətli olduqda anemiya müşahidə edilir.
Müalicə xəstəliyin gedişinə uyğun olaraq aparılır. Belə ki, qanaxma az olduqda qarının aşağısına soyuq qoyulur, yataq relimi və qankəsici dərmanlarla əlamətlər aradan qaldırılır. Qanaxma çox olduqda isə müalicə cərrahi yolla aparılır. Bu zaman xəstənin yumurtalığı xaric edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yumurtalığın apopleksiyası" haqqında müzakirə