Ən dadlı səhər yeməyi sayılan krep üçün içlik reseptləri

  • Müəllif: elnare
  • Tarix: 23 aprel 2017
  • Baxış sayı: 4 545
  • 0 rəy

Ən dadlı səhər yeməyi sayılan krep üçün içlik reseptləri.

Ən yaxşı və asan başa gələn krep (blinçik) içlikləri.
  1. 1. Tərkibi:4 yumurta, 50 qram göy soğan, 10 qram şüyüd və duz
  2. Yumurtalar bişirilir, sürtkəcdən keçirilir, digər tərəvəzlər və duz əlavə edilib krepin arasına sərilir və bükülür.
  3. 2. Tərkibi: 500 qram kəsmik, 1 yumurtanın sarısı, 2 xörək qaşığı şəkər tozu və 50 qram üzüm
  4. Bütün məhsullar zəif odun üstündə qarışdırılır, şirə qoymaq istəyəndə götürülür və kreplərin arasına qoyuub bükülür.
  5. 3. Tərkibi: 1 toyuğun döş əti, 10 qram şüyüd, 2 soyutma yumurta, duz, istiot
  6. Döş əti bişirilir və ət maşınından keçirilir. Digər məhsullar da əlavə edilərək krepin arasına yayılıb bükülür.
  7. 4. Tərkibi: göbələk 500 qram, 2 baş soğan, duz istiot  
  8. Soğan qızardılır və təmiz yuyulmuş göbələklər xırda soğanla birlikdə bişirilir və krepin üstünə yayılaraq bükülür.
  9. 5. Tərkibi: 200 qram kolbasa, 0,5 xörək qaşığı qorçitsa, 50 qram smetan, 100 qram pendir
  10. Kolbsa ət maşınından keçirilir, üzərinə qorçitsa əlavə edilir. Smetan qaılaraq qarışdırıldıqdan sonra krepə yayılaraq bükülür.
  11. 6. Tərkibi: 500 qram mal əti, 2 baş soğan, 1 ədəd yer kökü, 3 yumurta, duz, istiot
  12. Ətlə soğan ətçəkən maşında üyüdülür və bişirilir. Bişmiş yumurta və yerkökü xırda doğranır və ətə qatılır. Duz və istiot vurulduqdan sonra krepə yayılraq bükülür.
  13. 7. Tərkibi: 500 qram üyüdülmüş qoyun əti,1 baş soğan, duz sitiot
  14. Ətlə soğan bişirilir, duz və istiot qatılaraq krepin arasına sərilir və bükülür.
  15. 8. Tərkibi: 100 qram qaysı, 300 qram kəsmik və 1 stəkan şəkər tozu
  16. Qaysı xırda doğranır, kəsmik və şəkər tozu əlavə edilib qarışdırılır, krepin arasına yayılıb bükülür.
  17. 9. Krepin arasına qatılaşdırılmış süd sürtülüb yeyildikdə çox dadlı olur.
  18. 10. Tərkibi: qızıl balıq,yumşaq pendir
  19. Balıq bişirilir, xırda hissələrə bölünür. Yumşaq pendir sürtçəgdən keçirilib krepin üstünə yayılır və bükülür.
  20. 11. Tərkibi, üyüdülmüş ət, düyü, yerkökü, duz, istiot  
  21. Ət, düyü, yerkökü ayrı-ayrılıqda bişirilir. Ət əllə didişdiriir, yerkökü xırda doğranır, düyü, duz və istiot əlavə edilib qarışdırılır. İçlik krepə yayılır və bükülr.
  22. 12. Tərkibi: 4 xörək qaşığı şəkər tozu, 0,5 stəkan su, 0,5 qram vanil
  23. Məhsullar şərbət şəkli alana qədər qaynadılır və krepə yayılıb bükülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ən dadlı səhər yeməyi sayılan krep üçün içlik reseptləri" haqqında müzakirə