Kokteyl reseptləri

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 3 463
  • 0 rəy

Kokteyl reseptləri.
1. Südlü bananlı kokteyl
Lazım olan ərzaqlar:
– 50 qram banan
– 100 qram dondurma
– 300 qram süd
Banan yuyulub, soyulub, blenderin içərisinə doğranır. Üzərinə dondurma və süd əlavə edilib çalınır. Eynitərkibli qarışım alınana qədər qarışdırılır, buz əlavə edilir.
2. Bananlı şokoladlı kokteyl
Lazım olan ərzaqlar:
– 2 stəkan süd
– 25 qram kakao
– 1 banan
– 50 qram şəkər tozu
– 5 qram darçın
– 10 qram şokolad
2 stəkan süd qazana tökülüb odun üstündə isidilir. Üstünə şəkər tozu, kakao və darçın əlavə edilir. Banan blenderdə əzilib püre halına gətirilib südə qatılır. Qarışım yaxşı-yaxşı qarışdırılıb stəkanlara tökülür, üzərinə tünd şokolad rəndələnib səpilir. Kokteyl soyuq halda içilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kokteyl reseptləri" haqqında müzakirə