Qışa tədarük – Leço

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 061
  • 0 rəy

Qışa tədarük – Leço.
Lazım olan ərzaqlar:
– 1,5 kq qırmızı şirin bibər
– 1 kq pomidor
– 250 qram soğan
– 20 qram duz
-1 ədəd qırmızı acı bibər.
Pomidorlar təmiz yuyulub qabıqları soyulur və doğranır.Qırmızı bibərlər yuyulur, toxumları təmizlənir, uzun-uzun doğranır.
Soğanım qabığı soyulub, xirda doğranır.
Məhsulların hamısı eyni qaba tökülüb azca su əlavə edilir və qaynamağa qoyulur. 30 dəqiqə qaynadıqdan sonra bankalara yığılıb 45-50 dəqiqə müddətinə sterlizasiya edilir. Əgər çox miqdarda bişirilib balona yığılarsa, 60 dəqiqə sterlizasiya eləmək lazımdır.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qışa tədarük – Leço" haqqında müzakirə