Balıq bişirməyin sirləri

  • Müəllif: elnare
  • Tarix: 3 yanvar 2017
  • Baxış sayı: 2 213
  • 0 rəy

Balıq bişirməyin sirləri.
Adətən payız və qış aylarında balıq süfrəmizin arzu olunan qidası sayılır. Bəs bişirilən balığın dadlı olması üçün bəzi qaydalara əməl olunmasını hamı bilirmi? Bu qaydalar hansılardır?
1. Balığı aldığınız gün bişirməyin, bir müddət duzlayıb soyuducuda saxlayın.
2. Balığı tavada qızardarkən tavanın odunu azaltmayın. Tavadakı yağın istiliyinin azaldılıb çoxaldılması balığın pis bişməsinə səbəb olur.
3. Balığı həddindən çox bişirməyin.
4. Balığı tavaya elə düzün ki, onları eyni anda, yəni tək şəkildə digər üzünə çevirmək olsun. Bunun olması üçün balıqları tavaya sıx-sıx düzün ki, çevirmək rahat olsun.
5. Əgər balığın dadlı olmasını istəyirsinizsə, onu bir müddət dəfnə yarpağı, sarımsaq salınmış zeytun yağında saxlayın. Bu zaman bişirilən balıqlar daha dadlı olur.
6. Balığı qızardarkən onu unlamayın. Çünki balığın əti tavadakı qaynar yağla təmasda olduğu zaman daha dadlı olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Balıq bişirməyin sirləri" haqqında müzakirə