Seks haqqında bilmədiyiniz faktlar

  • Müəllif: elnare
  • Tarix: 3 yanvar 2017
  • Baxış sayı: 47 538
  • 0 rəy

Seks haqqında bilmədiyiniz faktlar.
Alimlər insanların üz quruluşlarına görə onları seksual növlərə bölmüşlər. Onlar eksperiment keçirmişlər və bu eksperimentdə ən çox üzləri valideyinlərinin üzünə oxşayan adamları toplamışlar.
Onların araşdırmaları valideyinlərinə oxşayan adamların cinsi fəaliyyətlərinin də valideyinlərinki kimi olduğunu təsdiq etmişlər.
Çikaqo universitetinin mütəxəssisləri eksperimentə 49 iştirakçının tər iyi hopmuş köynəyini qadınlara qoxulatmış və bu qərara gəlmişlər ki, qadınlar öz atalarının genini daşıyan kişilərin köynəklərinin qoxusunu özlərinə yaxın hesab etmiş və onlarla intim əlaqədə olmaq istəklərini bildirmişlər.
Qidalanmanın insanların intim həyatında rolu olduğu min illər əvvəl öz sübutunu tapmışdır. İnsanı intim həyata cəlb edən qidalardan ən sadəsi yumurta hesab edilir. Çiy yumurta tərkibində çoxlu miqdar zülalların olması və A vitamini ilə orqanizmdə proteinin miqdarını artırır və cinsi həvəsi yüksəldir. Bundan başqa müxtəlif növ ədviyyatların, ləpəli və paxlalı bitkilərin də cinsi həvəsi artıraraq insanın seks həyatını aktivləşdirir.
Sekspatoloqlarla müalicə də insanın seks həyatına təsir edir və onun tez-tez və uzunmüddətli olmasına səbəb olur.
Mütəxəssislər insanın iş həyatının da onun intim həyatına təsir etdiyini söyləyirlər. Onlar uzun müddət oturaq işdə işləyən adamların cinsi aktivliyinin zəif olduğunu söyləyirlər.
Mütəxssislər hamiləlikdən qorxmağın cinsi fəaliyyətə təsir edəcəyini söyləyirlər. Hesablamalar hamiləlikdən qorxanların 92%-nin cinsi həyatının normal olmadığını qeyd edir. Belə ki, bu qorxu ilə yaşamaq insanı cinsi əlaqədən uzaq durmağa təhrik edir.
Eksperimentlər zamanı çox kofe içənlərin cinsi aktivliyinin yüksək olduğunu sübut etmişdir. Kofe ürəkdöyünməni, beynin oyanıqlığını artırdıqca insanın cinsi həvəsini də artırır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Seks haqqında bilmədiyiniz faktlar" haqqında müzakirə