Pedikürə pul xərcləyincə daban çatlarından özünüz asanlıqla xilas olun!

  • Müəllif: admin2
  • Tarix: 3 fevral 2019
  • Baxış sayı: 262
  • 0 rəy
Yalnız iki komponentdən istifadə edərək dabanlarınızdakı çatlardan uzun müddətli xilas ola bilərsiniz. Sərt və qalınlaşmış daban insana xoşagəlməz hiss bəxş etməklə yanaşı pis görüntünün də meydana çıxmasına səbəb olur. Bu problemdən siz özünüz də asanlıqla xilas ola bilərsiniz! Belə ki, ev şəraitində də daban çatlarından xilas olmaq mümkündür. Bunun üçün isə yanlız iki şey lazımdır ki, bunların da hər ikisi sizin mətbəxinizdə var.
Hazırlanması:
Südü qızdırın və içərisinə qabartma tozu əlavə edərək bir qaba tökün və qarışdırın. Sonra ayaqlarınızı 10 dəqiqə müddətində həmin qarışımda saxlayın. Daha sonra isə ayaqlarınızı isti su ilə yuyub qurulayın. Ən yaxşı nəticə əldə etmək üçün bu proseduru hər gün təkrar edin. Əgər proseduru davamlı olaraq təkrar etsəniz, nəticə sizi çox təəccübləndirəcək. Belə ki, bu zaman sizin dabanlarınız yumşaq, sığallı olacaq və siz istədiyiniz ayaqqabını rahatlıqla geyinə biləcəksiniz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Pedikürə pul xərcləyincə daban çatlarından özünüz asanlıqla xilas olun!" haqqında müzakirə

Rəy əlavə et

Şifrə görsənmirsə yenilə