Maraqlı tibbi faktlar (III hissə)

  • Müəllif: admin2
  • Tarix: 24 avqust 2018
  • Baxış sayı: 455
  • 0 rəy
Türkiyədə psoriazın müalicəsi üçün xəstələri diri balılqlar olan su vannasına salırlar. Həkimlərin söylədiklərinə görə bu zaman balıqlar dərinin xəstə hissəsini yeyib təmizləyirlər.
Kambocanın şimal rayonlarının əhalisi və Taylandlılar dəri səpgilərinin və uqrilərin müalicəsi zamanı prezervativə tökülən spermadan istifadə edirlər.
2002-ci ildə Rumuniya həkimləri xəstənin öd kisəsini əməliyyat edərkən ondan 831 ədəd daş çıxararaq rekord əldə ediblər.
Amerikada hər gün cins dəyişmə əməliyyatı həyata keçirilir, İrlandiyada isə bu əməliyyatın həyata keçirilməsinə qadağa qoyulub.
1983-cü ilin 5 iyulunda Amerikanın Briginiya ştatının Roanoke şəhərində ana qız uşağı dünyaya gətirib. Maraqlı olan fakt ananın 84 gün kliniki ölüm yatağında olmasıdır.
Amerika əhalisi haqqında maraqlı fakt: əhali piylənməyə meyillidir. Alabama ştatının sığorta şirkəti isə bunun qarşısını almaq üçün hər ay çəkisini azaltmağa nail olan adama əlavə olaraq 25 dollar pul ödəyir. Bu pullar əhalini arıqlamağa həvəsləndirmək üçündür. Pul isə sığorta şirkətinin özü tərəfindən ödənilir.
Urinoterapiyadan(sidiklə müalicə)Qədim Romada müalicə vasitəsi kimi istifadə edilib. Bu barədə Mark Porsi Katon belə yazmışdır: “ Kələm ən qədim tərəvəz məhsullarındandır. Kələmi həm çiy, həm də bişmiş halda yemək çox faydalıdılr, o həzmi normallaşdırır. Sidik içmək isə bütün xəstəliklərin dərmanıdır”. Sidiklə müalicə olunmaq indi də mübahisəli məsələ olaraq alır.
Sidik içməklə müalicə olunmaq qeyri-ənənəvi tibbi müalicə sayılır.
Hindistanda inək sidiyindən müalicə vasitəsi kimi istifadə olunur. Hindlilər inək sidiyini içir, onunla dərilərini silir və uşaqlarını çimdirirlər.
Maraqlı tibbi faktlardan biri də qanburaxmadır. Qanburaxma ən qədim tibbi müalicə üsullarındandır. Qədim yunanlılar insan qanının 4 şeydən ibarət olduğuna inanıblar. Onlar birincə dəfə qanburaxmanın xəstəliklərdən xilas olunmaq üçün ən yaxşı müalicə hesab ediblər. Bu müalicə metodundan on doqquzuncu əsrə qədər istifadə olunub.
Trepanasiya insan beyninin cərrahi yolla deşilməsi əməliyyatıdır. Bu əməliyyat neolit dövründə də həyata keçiriliub. Əməliyyatın gedişi barədə Hippokratın əlyazmalarında qeydlərə rast gəlmək olur.
Psixi xəstəlikləri müalicə etmək üçün XX əsrin ortalarına qədər beyin əməliyyatları tətbiq edilib. İndi isə bu anaxronizm hesab edilir.
Daha bir maraqlı tibbi fakta portuqaliyalı psixiator və neyrocərrah Eraş Muniş imza atıb. O bu kəşfinə görə 1949-cu ildə Nobel mükafatı alıb. Portuqaliyalı alim bir çox psixoloji xəstəliklərin leykotomiya ilə müalicə edilməsini sübüt edib. Bu müalicə metodunu 1960 ildən sonra bərpa edilməsi dayandırılıb. Bunun səbəbi isə əməliyyatın bir çox xəstələrin beynində zədə qoyması olub. Maraqlı burasıdır ki, Amerikada 1949-1952-ci illər ərzində hər il 5000 dəfə lobotomiya əməliyyatı həyata keçirilib.
İnki və Maya qəbiləsinin insanları trepanasiya əməliyyatını kosmetik məqsədlərlə həyata keçiriblər.
Xərcənglə mübarizə agentliklərinin həkimləri solyarinin dəri xərçəngi əmələ gətirdiyini söyləyirlər. Ən çox solyarı 30 yaşına qədər olan adamlara tətbiq edildiyi zaman dəri xərçəgini əmələ gətirir. O melanoma riskinin meydana çıxmasını 2 dəfə artırır.
Niyə həkimlərin xətti pis olur?
Həkimlərin anlaşılmaz və çətin oxunan xəttə sahib olmalarının açıqlaması çox sadədir.
Xəstələrə dərman təyin etmək və ya xəstəlik tarixini yazmaq həkimlərin hər gün təkrarladığı işləridir. Həkimin xəstəni müayinə etməsi, onun şikayətlərinə qulaq asması, hər gün xəstəlik tarixlərinin yazmaq məcburiyyətində olması onların tələsik yazı yazmalarına səbəb olur. Həkimlərin öz xəstələri, müalicə və ixtisasartırmaq barədə düşüncələri o qədər çox olur ki, yaxşı xətlə yazmaq arxa plana keçir.
Araşdırmalar zamanı həkimlərin bir-birinə məktub yazarkən gözəl xəttlə yazmalarını aşkar edilib.
Digər tərəfdən isə bəziləri bunun psixologiya ilə əlaqəli olduğunu qeyd edir.
Gözəl yazmağın insanın daxili aləmi ilə əlaqəli olduğu düşünülür. Həkimlərin isə xəstələrinə görə narahatçılıq keçirmələri, daima xəstələr və xəstəliklər barədə düşünmələrinin onların xəttlərinə təsir etdiyini söyləyənlər də var.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Maraqlı tibbi faktlar (III hissə)" haqqında müzakirə

Rəy əlavə et

Şifrə görsənmirsə yenilə