Maraqlı tibbi faktlar

  • Müəllif: admin2
  • Tarix: 10 avqust 2018
  • Baxış sayı: 357
  • 0 rəy
Tibb elmi mürəkkəb və anlaşılmaz olduğu üçün onun haqqında çoxlu maraqlı və qeyri-adi faktlardan bəhs edilən məqalə yazmaq çox çətindir. Bu elm öz adını latın dilindən götürmüşdür. Ars meddicina – “səfa mədəniyyəti”, “ müalicə mədəniyyəti”, “ həkim mədəniyyəti” deməkdir. Tibb bir çox elmləri və təcrübələri özündə birləşdirərək xəstəliklərin müayinə edilməsinə, müalicə və profilaktikasına həsr edir. Tibb tarixində qədim zamanlardan bəri çoxlu maraqlı faktlar baş verib. Tibb elmi ilə bağlı bir çox maraq doğuran suallar var.
* Niyə həkimlərin xətti pis olur
* Tibb preparatları barədə maraqlı faktlar
* Qədim Çin təbabəti haqqında maraqlı faktlar
* Qədim Misir təbabəti haqqında maraqlı faktlar
* Qədim Roma təbabəti haqqında maraqlı faktlar
* Xəstəliklər barədə maraqlı faktlar
* Vaksinasiya haqqında faktlar
* Anesteziya haqqında maraqlı faktlar
* İnsan orqanizmi haqqında maraqlı faktlar
* İnsan gözü barədə maraqlı faktlar
* Məsuliyyətdən imtina
* Şərhlər.
Qədim Çin həkimlərinin suçiçəyi xəstəliyinin peyvənd edilməsi barədə məlumatlı olmasına inanmaq çox çətindir. Qədim Misir həkimlərinin antibiotiklərdən istifadə etməsi, Qədim Roma təbabətinə isə dövlətin qayğı göstərməsi faktları da məlumdur. Tibb tarixində sadə yolla anesteziya edilməsi faktı isə əlli il diqqətdən kənarda qalıb və s.
Biz tibb tarixində insan orqanları, dərman preparatları, xəstəliklər, xəstəliklərin müalicə və profilaktikası haqqında olan 100 ən maraqlı faktı toplamışıq.
1. Hippokrat andının ilk variantı abportun olunmaması üçün tərtib edilib. Hippokrat öldükdən sonra isə andın ilk variantı dəyişdirilib həkim andı kimi qəbul edilib. 1971-ci ildən sonra isə bu “Sovet İttifaqı Həkimlərinin andı” kimi qəbul edilib. Hippokrat andı həmin zamandan indiyə qədər “Rusiya həkimlərinin andı” kimi qəbul edilir. 
2. Hidrogen peroksid yalnız zəif yaraların yuyulması üçün istifadə edilmir. Bu ən qatı irinli yaraları da təmizləyir, qanın laxtalanmasının qarşısını almaqla yaranın sağalmasını sürətləndirir.
3. May otu(Moneses qrandiflora) bütün mikrobları öldürmək qabiliyyətinə malikdir. Müasir dərman preparatları isə bu mikrobların yanlız sayını azaldır.
4. Üz plastik cərrahiyyəsi ilk dəfə b.e.əvvəl VI əsrdə Hindistanda yaranıb. İlk dəfə həmin dövrdə burunun rekonstruksiyası əməlityyatı həyata keçirilib. Bu ərinə xəyanət edən qadınların burnunu kəsməklə cəza verilərək həyata keçirilib.
5. Yaraya buz qoymaq ilk dəfə Türkiyə ərazisində Perqama şəhərinin qladiatoru Qalen tərəfindən həyata keçirilib. Məşq zamanı xəncər yaralanmalarının əmələ gətirdiyi ağrıları aradan qaldırmaq üçün zeytun yağı və gül ləçəklərindən ibarət qarışım hazılanıb və yaralara sürtüldükdən sonra üzərinə buz qoyulub. Qladiatorlar bunu “ Seratum xumidum”(Ceratum Humidum – yunancadan təcümədə nəm mum)adlandırıblar.
6. Herodotun faydalı təkliflərindən biri həkim çatışmazlığı səbəbindən xəstələnən şəhər əhalisinin, şəhərin məkəzi meydanına gəlməsini söyləmək olub. Həmin dövrdə xəstələnən şəxslər şəhərin mərkəzi meydana gələrək xəstəliklər və onların müalicəsi barədə məlumatlar toplayırmış.
7. XV əsrdə insanlar qırmızı rəngin insan üçün qeyri-adi müalicəvi təsirə malik olduğuna inanıblar. Həmin dövrdə xəstələri qırmızı geyindirər və ətraflarına qırmızı əşyalar düzərlərmiş.
8. Orta əsrlərdə kürək ağrılarını maraqlı metod ilə müalicə ediblər: xəstəni iki lövhə arasına qoyub bağlayırlarmış.
9. XIX əsrin ortalarına qədər Avropada stomatoloq həkim olmayıb. O zamanlar stomatoloqların işini ümumi həkimlər və bərbərlər(diş çıxarmaq üçün) görüb. Rusiyada isə ilk diş həkimləri I Pyotrun Avropadan diş həkimlərinə aid alətlər gətirməsindən sonra fəaliyyətə başlayıb.
10. XVII – XIX əsrlərdə stomatoloqlar diş protezləri hazırlayarkən müharibədə həlak olmuş əskərlərin dişlərindən istifadə ediblər.
11. 1973-cü ildə tibbi həkim Yoxan Henri Koxayzen insanın davamlı olaraq gənc qadın ətri qoxuladığı zaman 115 il yaşaya biləcəyi barədə məqalə yazıb. Koxayzen uzun ömür yaşamaq üçün aşağıdakı reseptdən istifadə etməyi məsləhət görür.
* 400 qram qatran otu
* 60 qram digər sirli ətirli otlar
Bu qarışımı yandıraraq iyləmək insan ömrünü uzadır, amma onu qoxulayan zaman yanında gənc qızın olması aromaterapiyanın təsirin güçləndirir. Bu müalicə vasitəsindən indi də alternativ tibbi müalicə vasitəsi kimi tətbiq edirlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Maraqlı tibbi faktlar" haqqında müzakirə

Rəy əlavə et

Şifrə görsənmirsə yenilə