Dəvəquşu yumurtası

  • Müəllif: admin2
  • Tarix: 11 iyul 2018
  • Baxış sayı: 748
  • 0 rəy
Dəvəquşu yumurtası onun özünün ölçüsünə uyğun olduğundan digər yumurtalardan daha böyük ölçüdə olur. Dəvəquşu yumurtasnını satış qiyməti çox böyükdür. Ən faydalı yumurta isə gənc dəvəquşunun yumurtası hesab edilir. Onu yanlız dəvəquşu fermalarından almaq mümkündür. Dəvəquşu yumurtasının tərkibi toyuq yumurtasının tərkibindən çox fərqlənmir. Onun ölçüsü isə 25-40 toyuq yumurtası qədər olur. Bir dəvəquşu yumurtasının çəkisi 450-1800 qram arasında dəyişə bilir. Cavan dəvəquşu yumurtasının çəkisi az, yaşlı dəvəquşu yumurtasının çəkisi isə daha çox olur. Ən iri dəvəquşu yumurtası Çində qeydə alııınmışdır. Onun çəkisi 2,35 qram, diametri isə 18,67 sm olub.
Dəvəquşu yumurtasının qabığı yüngül olur. Buna baxmayaraq onu sındırmaq çox çətindir. Dəvəquşu yumurtası iki rəngdə ola bilir. Tünd rəngli dəvəquşunun(emu)yumurtası tünd yaşıl, adi dəvəquşu yumurtasının rəngi isə bozun ağ çaları və ya sarının çəhrayı çalarında olur. Belə ki, yumurtanın rəngi dəvəquşunun rəngindən asılı olaraq dəyişir. Dəvəquşu 40—80 ədəd yumurta qoymaq qabiliyyətinə malikdir. Onun nəsil artırmaq qabiliyyəti mart ayından oktyabr ayına qədər olur. O birinci mövsümdə 10-30 ədəd yumurta verir. 100 qram dəbəquşu yumurtasının qida dəyəri:
- Zülallar – 12,5 qr
- Yağlar – 11,8 qr
- Karbohidratlar – 0,7 qr
- Su – 74 qr
- Kalori – 118 kKal.
Dəvəquşu yumurtasının faydalı xüsusiyyətləri
1600 qram çəkiyə sahib olan dəvəquşu yumurtası 1000 qram şəffaf və 320 qram sarı hissədən ibarət olur. Yumurtanın tərkibi təbii qidalandırıcı maddələrlə zəngindir. Yumurtanın tərkibində olan xolesterinin miqdarı ev quşu yumurtalarının tərkibində olan xolesterinin miqdarından azdır. Bu da dəvəquşu yumurtasının dietik qida olduğunu təsdiqləyir. Onun bir hissəsi istifadə edildiyi zaman qalan hissəni ağzı qapalı qabda saxlanılmalıdır, amma bu müddət 2-3 gündən çox olmamalıdır. İdtifadə edilməmiş dəvəquşu yumurtasını 3 ay müdddətində soyuducuda saxlamaq mümkündür. Bu ən uzun müddət saxlanıla bilən yumurtadır. Dəvəquşu yumurtasını yuduqdan sonra suda bişirmək lazımdır. Ondan buterburodların, salatların hazırlanmasında istifadə edilir. Portuqaliyada dəvəquşu yumurtasından dadlı omletlərin hazırlanması məqsədilə istifadə edilir.
Dəvəquşu yumurtasının zərərli xüsusiyyətləri
Dəvəquşu yumurtasının tərkibində doymamış yağlar var. O orqanizm tərəfindən yaxşı sorulmadıqda damarlarda toplana bilir.
Azyaşlı uşaqlara və allergiyadan əziyyət çəkənlərə dəvəquşu yumurtası yeyərkən diqqətli olmaq məsləhət görülür. Bəzi hallarda dəvəquşu yumurtası dəri səpgilərinə səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Dəvəquşu yumurtası" haqqında müzakirə

Rəy əlavə et

Şifrə görsənmirsə yenilə