Nəm salfetlərin satışına qadağanın səbəbi...

  • Müəllif: admin2
  • Tarix: 16 may 2018
  • Baxış sayı: 612
  • 0 rəy
Britaniyada nəm salfet satışına qadağa qoymaq istəyirlər, bunun səbəbi isə...
Nəm salfet insan rahatlığını təmin edən bir şeydir. O insanın çox köməyinə çatır və demək olar ki, daima əl altında olur. Demək olar ki, bütün qadınların əl çantasında nəm salfetə rast gəlmək olur. Nəm salfetlə əlləri, ayaqqabıları və bir çox digər şeyləri təmizləmək olur. Amma hər şey elə də sevindirici deyil. Belə ki, Britaniyada nəm salfetin satışına qadağa qoymaq qərarına gəliblər. Bunun səbəbi isə çox maraqlıdır. Yəqin ki, siz də ümumi tualetdən istifadə edərkən şəxsi gigyena qaydalarına əməl etmək məqsədilə unitazı yumaqdansa, onun kənarlarını nəm salfetlə silmisiniz. Bu qaydanı çoxları tətbiq edir və nəm salfeti tualetə ataraq kanalizasiya borularının tutlmasına səbəb olur. Bu salfet istifadə edilən yerlərdə 90% hallarda kanalizasiya borularının tutulmasına səbəb olur. Sən demə əsas problem nəm salfetin tərkibinin plastikdən olmasıdır və o tualet kağızı kimi suda parçalanmır. Bu səbəbdən də Böyük Britaniya hökuməti nəm salfet istehsalına qadağa qoymaq istəyir. Hökumətin bu barədə qərarı da açıqlanıb: ya nəm salfet plastiksiz hazırlanmalıdır, ya da onun istehsalına tamamilə son qoyulacaq. Nəm salfetlər həm də polietilen paket kimi ekologiyaya çox ziyan vurur. Onların okeana və ya vəhşi təbiətə düşməsi isə heyvanların və dəniz canlılarının məhv olmasına səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Nəm salfetlərin satışına qadağanın səbəbi..." haqqında müzakirə

Rəy əlavə et

Şifrə görsənmirsə yenilə