Brınza pendiri

  • Müəllif: elnare
  • Tarix: 29 aprel 2018
  • Baxış sayı: 2 198
  • 0 rəy

Brınza pendiri duzlu pendirlərdəndir Onu inək, keçi, qoyun və s. südündən hazırlayırlar. Bəzi hallarda isə brınza pendiri bu südlərin qarışımından hazırlanır. Brınza pendirinin duz tutaraq dadlanması 60 günə baş verir. Düzdür marketlərdə ondan alarkən üstündəki etiketdə bu barədə yazılara rast gəlinmir. Brınza pendirinin çox duzlu və sərt olması onun 60 gün ərzində duzda qaldığının göstəricisidir. Brınza pendirinin üst hissəsində digər pendirlərdəki kimi qovuqcuqlar olmur. Əgər marketdən aldığınız brınza pendirinin kənarı qurudursa bu onun uzun müddət əvvəl kəsildiyini bildirir. Bu zaman o pendiri almaq məsələhət götülmür. Bu cür pendir öz keyfiyyətini də itirmiş olur. Brınza pendirini digər pendirləırdən fərqləndirmək üçün onun üst hissəsini adətən xüsusi bəzəkli edirlər. Brınza pendirinin daxilində boş qabarcıqlar tamamən az olur. Brınza pendirinin tərkibində yağın miqdarı 40%-dən çox olamamlıdır. Ən dadlı brınza pendiririnin tərkibində isə yağın miqdarı 50% olur. Bu yağlılıqda olan brınza pendiri daha dadlı olur.
Brınza pendirini ilk dəfə Şərqdə - ərəb ölkələrində hazırlayıblar. İlk dəfə brınza pendiri 7 min il əvvəl hazırlanıb. Onu ərəb taciri Kənan kəşf edib. Uzaq səfərə çıxan tacir Kənan özü ilə çoxlu miqdarda süd götürüb və bu südü uzun müddət itifadə etməyi düşünüb. O südü iri saxsı küplərə doldurub. Bir-neçə kilometr yol getdikdən sonbra tacir acmış və yemək istəmişdir. Bu zaman o küpün ağzını açdıqda südün qatılaşdığını və bərkiyib keyfiyyətini itirdiyini görmüşdür. O həmin qatı maddəyə duz vurmuş və yemişdir. Beləliklə də ilk dəfə pendir qida kimi istifadə edilmişdir.
Bolqarlar pendiri xüsusi qayda ilə saxlayırlar. Onlar brınza pendirinə qırmızı istiot və kərə yağı əlavə edərək qarışdırır, sonra da onu perqament kağıza büküb duxovkada bişirirlər. Bu cür hazırlanmış pendir ətirli, zərif və dadlı olur. Brınza pendirini özünün duzlu suyunda saxlamaq lazımdır.
100 qram brınza pendirinin qida dəyəri:
- Zülallar – 22,2 qr
- Yağlar – 19,2 qr
- Karbohidratlar – 0,4 qr
- Su – 52 qr
- Kalori – 260 kKal.
Brınza pendirinin tərkibində 288 kalori, 15 qram zülal, 26 qram yağ, kalsium, natrium, fosfat var. Brınza pendiri B1, B2, C vitaminləri ilə zəngindir. Bu pendiri ən azı bir ay duzda qaldıqdan sonra yemək lazımdır. Brınza pendiri orqanizm üçün ən faydalı pendirlərdəndir. O insan dərisinə müsbət təsir göstərir. Davamlı olaraq brınza pendiri yemək orqanizmin cavan və sağlam qalmasına, dərinin möhkəmlənməsinə səbəb olur. Tərkibində kalsiumun çox olması brınza pendirinin dişlər və sümük sistemi üçün faydalı olduğunu göstərir. Brınza pendiri həzmi yaxşılaşdırır və orqanizm üçün lazım olan bağıqsaq bakteriyalarının çoxalmasına səbəb olur.
Brınza pendirinin zərərli xüsusiyyətləri
Böyrək, qaraciyər, öd, mədə və mədəaltı vəzi xəstəliklərindən əziyyət çəkənlərə brınza pendiri yemək məsləhət görülmür. Buna səbəb onun tərkibində olan duzların miqdarının çox olmasıdır. Duzluluğun çox olması tromb əmələ gəlməsini sürətləndirə bildiyinə görə yeməzdən əvvəl onu bir müdddət suda saxlamaq lazımdır. Suda saxlanılan pendiri allergiya xəstələri də istifadə edə bilərlər.
Brınza pendirinin tərkibində kalium yoxdur. Bu isə qan dövranı və sinir sistemi xəsstələri üçün məsləhətli sayılmır. Laktozaya allergiyası olan xəstələrə brınza pendiri yemək məsləhət görülmür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Brınza pendiri" haqqında müzakirə