Konyak

  • Müəllif: elnare
  • Tarix: 28 aprel 2018
  • Baxış sayı: 10 046
  • 0 rəy

Konyak(fr.cognac)Fransanın Konyak şəhərində istehsal olunan spirtli ikçidir. Konyak üzümdən xüsusi texnologiya yolu ilə əldə edilir. Konyak ağ üzüm növündən hazırlanır. Onun hazırlanması zamanı isə əsasən uni blan növlü ağ üzümdən istifadə olunur. Bu üzüm növü oktyabr ayının ortalarında yetişir. Konyakın hazırlanması üçün əldə edilən spirt iki texnoloji prosesdən keçir. Əvvəlcə sıxılma yolu ilə şirə əldə edilir, sonra isə onun fermentasiyası həyata keçirilir. Bu zaman şirəyə şəkər əlavə edilmir. Sonra əldə edilən şərab 270-450 litrlik palıd çəlləklərə doldurulur. Konyak çəlləklərədə ən azı 2 il, ən çox isə 70 il saxlanılır. Bu müddət ərzində şərabın rəngi dəyişilərək açıq qəhvəyi rəng alır. Konyak müxtəlif dadlarda və keyfiyyətdə ola bilir. Bu barədə isə onun üzərinə yapışdırılmış etiketdə qeydlər aparılır. V.S. onun 2 il, V.S.O.P. 4 il, V.V.S.O.P 5 il, X.O. isə 6 il və daha çox saxlanılmasının göstəricisidir.
Konyalkın faydalı xüsusiyyətləri
Heç bir spirtli içki orqanizm üçün faydalı ola bilməz. Yanlız konyak orqanizm üçün müalicə və profilaktika xarakteri daşıya bilir. Az miqdarda konyak içmək arterial təzyiqin az miqdarda yüksəlməsinə, baş ağrılarının yox olmasına və zəifliyin aradan qalxmasına səbəb olur. Konyakın tərkibində çoxlu bioloji maddələr var. Bu maddələr iştahanın artmasına və mədə fəaliyyətinin yaxşılaşmasına səbəb olur. Soyuqlama zamanı bir stəkan qaynar çaya bir çay qaşığı konyak əlavə edib içmək çox faydalıdır. Bu immuniteti artırır və soyuqlama xəstəliyinin əlamətlərinin azalmasına səbəb olur. Soyuqlamalar zamanı az miqdarda konyaka zəncəfil qarışdırıb içmək orqanizmi isidir və sağalmanı sürətləndirir. İsidilmiş konyakla boğazı yaxalamaq infeksiya əlamətlərinin aradan qalxmasına səbəb olur. Konyaka bal və limon əlavə edib içdikdə yüksək tempratur aşağı düşür. Bronxit və laringit zamanı, yuxusuzluqda, əsəb gərginliyində, yorğunluqda az miqdarda konyak içmək çox faydalıdır.
Kosmetologiyada da konyakdan geniş istifadə edilir. Qara nöqtələri konyakla silməklə onlardan xilas olmaq mümkündür. Mütəmadi olaraq dərini konyakla silmək səpgilərin əmələ gəlməsinin qarşısını alır. Konyaka süd, gil əlavə edərək ağız və göz bölgələrinə sürtmək və 20-25 dəqiqə saxlamaq dərinin rahatlanmasına səbəb olur.
Konyakın zərərli xüsusiyyətləri
Digər spirtli içkilərdən fərqli olaraq konyakın orqanizmə az zərəri var.
Həddindən çox konyak içmək alkoholizmə səbəb olur. Öddaşı, yüksək təzyiq, şəkəri diabet və aşağı təzyiqdən əziyyət çəkənlərə konyak içmək məsləhət görülmür. Qeyd etmək lazımdır ki, yanlız keyfiyyətli konyak orqanizmə müalicəvi təsir bağışlaya bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Konyak" haqqında müzakirə