Sudak balığı

  • Müəllif: elnare
  • Tarix: 27 aprel 2018
  • Baxış sayı: 8 547
  • 0 rəy

Sudak balığının ətindən çox istifadə olunur. Sudak balığının dərisi uzun və zərif pulcuqlarla örtülmüş olur. Onun pulcuqları başından quyruğuna qədər olan bütün hissəni örtür. Sudak balığının uzun və kiçik başına görə iri görünən ağzı, ağzında çoxlu sayda xırda dişləri olur. Sudak balığının kürək hissəsi tünd yaşıl rəngdə olur. Onun boz və tünd boz zolaqlı qanadları var. Sudak balığının döş, yan və anal dəliyinin ətrafı solğun sarı rəngdə olur.
Sudak balığının faydalı xüsusiyyətləri
Sudak balığının əti dadlı və çox faydalıdır. Onun kalorisi azdır və bu səbədən də dietik qidalardan hesab edilir. Dietoloqlar arıqlamaq istəyənlərə sudak balığı yeməyi məsləhət bilir. Sudak balığının əti A, B6, B9, C, PP, E vitaminləri və çoxlu zülallarla zəngindir. Sudak ətinin tərkibində olan zülallar orqanizmin normal yaşaması üçün lazım olan zülallardır. Sudak ətində kalsium, kalium, maqnium, natrium, fosfor, xlor, kürürd, dəmir,marqanes, xrom, ftor, molibden, kolbat , nikel və s. var. Sudak balığının əti çox dadlıdır. O ən dadlı delikateslərdən hesab edilir. Kulinarlar sudak balığından müxtəlif qidaların hazırlanması zamanı geniş istifadə edirlər.
Sudak balığının zərərli xüsusiyyətləri
Sudak balığının orqanizmə faydası olsa da onu yeyən zaman bəzi şeyləri nəzərdən qaçırmamaq lazımdır. Çünki hisə verilmiş sudak balığı termiki işləmələrdən keçdiyi zaman özündə zərərli maddələri saxlaya bilir. Bu isə bağırsaqlarda parazitlərin və bağırsaq bakteriyalarının inkişafına səbəb ola bilir. Həddindən çox qızardılmış sudak balığı yemək piylənmənin əmələ gəlməsinə səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sudak balığı" haqqında müzakirə