Rozmarin (Lat. Rosmarinus)

  • Müəllif: elnare
  • Tarix: 26 aprel 2018
  • Baxış sayı: 2 406
  • 0 rəy

Xalq arasında dərman rozmarini və ətotu adı ilə də tanınır. Qədim zamanlarda rozmarin Elladanın ölümünün simvolu sayılıb. Qədim Misirdə rozmarinin sevgi ilahəsi Afroditanın və Elladanın şərəfinə yetişdiyinə inanarlarmış.
Rozmarinin yetişdirmək o qədər də asan deyil, buna səbəb isə onun – 12* C davam gətirə bilməməsidir. Bu səbəbdən do soyuq ölkələrdə onu dibçəkdə və ya qapalı məkanlarda əkirlər. Rozmarinin boyu yarım metrə qədər qalxa bilir. O göy-mavi rəngdə çiçək açır və qulluq tələb eləmədən yabanı halda bitir. Rozmarin bitən sahələr uzaqdan göy rəngli xalçaya bənzəyir. Bu bitki əsasən boş sahələrdə və ya plantasiyalarda bitir. Rozmarini iyun, iyul və avqust aylarında toplayırlar.Bu bitki bal verən bitki hesab edilir və arılar tərəfindən çox sevilir. Rozmarin ən çox Avropa və Aralıq dənizi ölkələrində bitir. Bitkinin çiçıkləri xırda, yarpaqları isə nazik və uzun olur. Onun gövdəsi yoğun, bulanıq-yaşıl rəngdədir.
Müalicəvi rozmarinin əsasən yarpaqlarından istifadə edilir. Onun cavan yarpaqları müalicə üçün daha faydalı hesab ediir. Əsasən də bitki çiçəkləməmiş onun uc yarpaqlarının tərkibindəkilər müalicə məqsədilə çox faydalı sayılır. Onun yarpaqlarında alkoloidlər,efir yağları və rozmarin turşusu var. Rozmarinin suda dəmləməsi arterial təzyiqi qaldırır,orqanizmi tonuslandırır, ağrı hissini aradan qaldırır, ürəyn işini artırır, aybaşının baş verməsini sürətləndirir.
Rozmarin dəmləməsindən ödqovucu məqsədlə, nevroz xəstəlikləri zamanı, orqanizmin gücü zəiflədikdə tonuslandırıcı kimi istifadə edilir. Podaqra, nevroloji ağrılar zamanı rozmarin dəmləməsi qatılmış vanna qəbul eləmək xəstəliyin əlamətlərini aradan qaldırır.
Kulinariyada rozmarindən salatları və ətləri dadlandırmaq üçün ədviyyat kimi istifadə edilir.  Rozmarin həzm sistemini yaxşılaşdırır, yaraların sağalmasını sürətləndirir. Onu həm daxilə, həm də dərman vasitəsi kimi xaricə tətbiq etmək olur. Rozmarin qaynadılmış su ilə saçları yuduqda kəpəklənmə aradan qalxır. Davamlı olaraq saçları rozmarinli su ilə yumaq saçları yumşaq edir və gözəlləşdirir. Rozmarin oynaqların kəskin iltihabi proseslərinin əlamətlərini azaldır və artıq çəkidən xilas olmağa yardım edir.
Rozmarinin zərərli və təhlükəli xüsusiyyətləri
Rozmarin areterial təzyiqi yüksəldir. Yüksək təzyiqli xəstələrdə qıcolmalara səbəb ola bilir. Hamiləlik zamanı qəbul edilməsi məsləhət görülmür. Epilepsiya və dəri həssaslığı zamanı qəbul edilməsi məsləhət görülmür. 9 yaşına kimi uşaqların rozmarin qəbul eləməsi məsləhət bilinmir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Rozmarin (Lat. Rosmarinus)" haqqında müzakirə