Krab yemək orqanizmə faydalıdırmı?

  • Müəllif: elnare
  • Tarix: 24 aprel 2018
  • Baxış sayı: 2 426
  • 0 rəy

Krab(Brachyura) xərçəngkimilər fəsiləsinə aid olan qısa ayaqlı su heyvanıdır. Onun baş-döş qəfəsi çox geniş, 2 sm-dən 20 sm ölçüyə qədər ola bilir. Yaponiyaətrafı sularda baş-döş qəfəsi 60 sm ölçüdə olan krablara da rast gəlmək mükündür. Onun bədən hissəsi çox qısa olur. Erkək krablarda aşağı ətraflar 2 cüt, dişi krablarda isə 4 cüt olur və dişi krab bu ətraflarla öz kürüsünü çıxarmağa çalışır.
Karablara sularda və bəzi hallarda su sahillərində rast gəlmək mümkündür. Krabın bütün növləri suda nəsil artırmaq qabiliyyətlərinə malikdirlər. Onlar metamorfoz yolu ilə çoxalırlar. Krablar öz kürülərini özləri xaric edir və yenisini yetişdirməyə başlayırlar. Krablar onurğasız kiçik heyvanlarla qidalanırlar. Krabların əksər növlərindən qida vasitəsi kimi istifadə edilir. Bəzi krab növləri ətraflarındakı molyuskların inkişaf etməsinin qarşısını alır, hətta bəzi krab növləri vardır ki, onlar yaşadıqları su hövzələrində buruqları saxlayan dayaqları və balıqçı qurğularını məhv edirlər.
100 qram krab ətinin qida dəyəri
Zülallar – 18,3 qr
Yağlar – 0,6 qr
Su – 79, 8 qr
Kalori – 73 kKal.
Kabın faydalı xüsusiyyətləri
Krab əti qiymətli qida vasitələrindən hesab edilir. Onun bişirilmiş halından istifadə edilir. Krabın qiymətli olmasına səbəb ətinin tərkibində qiymətli bioloji aktiv maddələrin oilmasıdır. Krab ətinin tərkibində olan amin turşuların miqdarı balıq ətindəkindən qat-qat çoxdur. Onun ətinin dadı isə şirin olur. Krab ətinin tərkiibndə B qrup vitaminləri var. Krab əti tərkibində yüksək miqdarda olan fosfor, kükürd və natrium tərkibli bioloji aktiv maddələrinin olması ilə digər dəniz məhsullarından üstün sayılır. Onun tərkibində olan maddələr orqanizmdə fermentlərin mübadiləsini sürətləndirir.
Krabın əsasən bədən və ayaq hissələri yeyilir. Onun aşağı ətrafları borulu, birləşdirici oynaqlardan ibatərdir. Krab əti həm dietik, həm də vitamin və mikroelementlərlə zəngindir. Onun ətində yod, kalsium, kalium, sink, doymamış yağ turşuları, antioksidantylar, E və C vitaminləri var. Qan azlığı, ürək-damar və göz xəstəlikləri zamanı karb yemək xəstəliklərin əlamətlərini azaldır.
Krab yüksək keyfiyyətli qidalardan hesab edilir. Ondan müxtəlif konservlərin, bişirilib hisə verilmiş qidaların, krab qurusunun hazırlanmasımnda istifadə edilir.
Krabın zərərli xüsusiyyətləri
Krabdan istifadə edərkən ehtiyyatlı olmaq lazımdır. Bakteriyalara yoluxmuş krab insan orqanizmini xəstələndirə bilər.
Mütəmadi olaraq bakteriyalara yoluxmuş krabla qidalanmaq orqanizmdə toksiki əlamətlərin meydana çıxmasına səbəb olur ki, bu da görmənin, eşitmənin, sinir sisteminin pozulmasına səbəb olur. Dəniz məhsullarına qarşı allergiyası olan adamlar krab əti yeyərkən diqqətli olmalıdırlar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Krab yemək orqanizmə faydalıdırmı?" haqqında müzakirə