Ördək ətinin orqanizmə faydaları

  • Müəllif: elnare
  • Tarix: 19 aprel 2018
  • Baxış sayı: 3 199
  • 0 rəy

Ördək əti quş ətləri arasında ən çox yeyilən ətlərdəndir. Ördəyin müxtəlif növləri var. Onların uzun boğazları və bədənlərinə görə kiçik başları və sarı dimdikləri olur. Ördəklər ev şəraitinə uyğunlaşıb yaşaya bilən heyvanlardandır. Onların bir çox növləri var. Növlərindən asılı olaraq ördəklər müxtəlif ölkələrdə yaşayırlar. Onların çəkiləri və yumurtlamaq qabiliyyətləri növlərinddən, onlara edilən qulluqdan asılı olaraq dəyişə bilir. Ətlik ördəklər 60 gün ərzində 2-2,5 kq çəkiyə sahib ola bilirlər. Yumurtalayan ördəklərin çəkisi isə daha yüngül olur, amma onlar daha çox yumurtlayırlar.
Ördək ətinin tərkibində çoxlu miqdarda B qrup vitaminləri və mikroelementlər var. Ördəyin tərkibində olanlar kişilərdə impotensiyanın aradan qalxmasına səbəb olur. Ördək ətinin yağlılığı toyuq və hind quşunun yağlılığından bir neçə dəfə çoxdur. Bu səbəbdən də o dietik qida hesab edilmir. Allergiyaya meyilli xəstələrə ördək əti yeyərkən diqqətli olmaları tövsiyə edilir. Bu allergiyanın əlamətlərini artıra və kəskinləşdirə bilər.
Ördək əti yemək orqanizm üçün çox faydalıdır. Onun tərkibində çoxlu vitaminlər, makro və mikro elementlər var. Tərkibində olan natrium, kalium, kalsium, dəmir, B qrup və A vitaminləri, fol turşusu orqanizm üçün çox faydalıdır. Ördək əti zülallarla və amin turşularla zəngindir. Bunların qarışımı cinsi zəifliyin aradan qalxmasına yardım edir. 100 qram ördək ətinin tərkibi 35,7 % süzülməmiş yağlar, 50,5% linoilen turşusu, 13,7% isə süzülmüş yağlardan ibarətdir. Onda olan yağların tərkibi omeqa 3 və omeqa 6 yağlarının tərkibinə çox yaxındır. Ördək yağı orqanizm üçün çox faydalı yağdır. Bu yağlar orqanizmi kanserogen maddələrdən qoruyur. Yağlarda olan fermentlər orqanizmə antiaterogen təsir edir, dərini gözəlləşdirir və cinsi həvəsi artırır. Ev ördəkləri daha yaxşı bəsləndiklıəri üçün onların əti daha yağlı və dadlı olur.
Ördək ətinin zərərli xüsusiyyətləri
Ördək əti yağlı olduğuna görə onda çoxlu xolesterin var. Çoxlu miqdarda ördək əti yemək bu xolesterolun insan orqanizminə daxil olmasına və qan damarlarında toplanmasına səbəb olur.
Ördək əti gec həzm olunur. Mədə-bağırsaq və həzm sistemi pozğunluqları olanlara ördək əti yemək məsləhət görülmür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ördək ətinin orqanizmə faydaları" haqqında müzakirə