Cücə (çolpa) əti

  • Müəllif: elnare
  • Tarix: 18 aprel 2018
  • Baxış sayı: 3 278
  • 0 rəy

Cücə əti tam böyüməmiş toyuq və ya xöruzun ətidir. Ən yaxşı cücə əti isə ev şəraitində böyüdülüb bəslənmiş cücənin əti hesab edilir. Növündən asılı olaraq cücə ətindən çəkisi 1 kiloqrama çatan zaman istifadə edilir. Adətən xoruz cücəsinin çəkisi toyuq cücəsin çəkisindən ağır olur.
Cücə əti yağsız və qırmızımtıl olur. 
Eyni sözləri bütün növ cücələr haqqında söyləmək mümkün deyil. Məsələn, vəhşi bankiv toyuqlarının cücələri daha ağır çəkiyə malik olurlar.
Cücə əıtinin suda bişmişindən, qızardılmışından, tərəvəzlərlə qarışdırılaraq hazırlanan souslarından istifadə edilir.
100 qram cücə ətinin qida dəyəri:
- Zülallar – 18,9 qr
- Yağlar – 7,2 qr
- Karbohidratlar – 0,65 qr
- Su – 70,5 qr
- Kalori – 138,5 kKal.
Cücə ətinin tərkibi toyuq ətinin tərkibi kimi zülallarla zəngindir. Bu zülallar sümüklərin, beynin sağlam inkişaf etməsinə səbəb olur. Cücə ətində çoxlu miqdarda olan linolen turşusu, A, E, C, PP və B qrup vitaminləri immunitetin yüksəlməsinə səbəb olur.
Cücə əti ilə qidalanmaq ürəyin fəaliyyətinə yaxşı təsir edir. Cücə ətindən istifadə eləmək mərkəzi sinir sisteminin işini normallaşdırır. Bunun səbəbi onun tərkibində olan zülalların orqanizmə təsiridir. Cücə ətinin tərkibində sink, kalium, dəmir və fosfor var. Mütəmadi olaraq cücə əti ilə qidalanmaq qocalmanın qarşısını alır.
Cücə ətinin zərərli xüsusiyyətləri
Cücə ətini düzgün təmizləmədikdə və yaxşı bişirmədikdə orqanizm üçün təhlükəli ola bilir. Cücə əti dietik qida sayılsa da, ondan çox miqdarda istifadə eləmək məsləhət deyil. Bu orqanizm üçün zərərli ola bilir. Zərərli olan isə cücənin əti deyil, dərisidir. Cücənin dərisi çox yağlıdır və bu yağ orqanizmdə xolesterinin artmasına və artıq çəkinin əmələ gəlməsinə səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Cücə (çolpa) əti" haqqında müzakirə