2017-ci ilin tibbi açıqlamaları

  • Müəllif: elnare
  • Tarix: 27 fevral 2018
  • Baxış sayı: 1 304
  • 0 rəy

Çində ilk dəfə insan başının insana köçürülməsi əməliyyatı baş tutub. İtalyan cərrahı Serjo Knavero dünyada ilk dəfə ölü başının köçürülməsini həyata keçirib. Əməliyyat 18 saata başa çatıb və cərrahlar onurğanı, sinirləri və qan damarlarını bərpa edə biliblər. Knavero 2018-ci ilə canlı insan başını köçürəcəyinə söz verib. Tətbiq edilən əməliyyat Çində baş verib və əməliyyatla Kanaveronun bütün xərclərini Çin ölkəsi maliyyələşdirib.
Amerika Kəsici genlər Amerika alimləri dünyada ilk dəfə papillavirus xəstəliyinin qarşısını ala bilıən iki gen kəşf ediblər. Bu gen uşaqlığın papillavirus xəstəliyinin inkişaf etməsinin qarşısını ala bilib. Onlar bu virusu daşıyan xəstənin uşaqlıq yoluna gel sürtüblər. Bu gel isə xəstəliyin əmələ gəlməsinə səbəb olan virusun DNT-sinə təsir edərək şiş toxumasının inkişafını saxlayıb. Sonra alimlər bu texnologiya vasitəsilə embrionun ürək xəstəliyi əmələ gətirən genini xaric ediblər. Əməliyyatın müvəffəqiyyətli gedişi barədə dünya ictimayətinə 2018-ci ilin yazında uşaq dünyaya gələndə məlumat veriləcək.
İngiltərə Süni qan.
2017-ci ildə ingilis alıimləri 20 könüllüyə sintetik qan köçürüblər. Aimlər qanı kök hüceyrələrindən əldə ediblər, qan qrupunu və rezus faktorunu proqlamlaşdıra biliblər. Qan köçürülən xəstələrin vəziyyətinin pisləşdiyi qeyd edilməyib. İndi alimlər nadir qan qruplanın süni yolla hazırlanması istiqamətində işlər görürlər. Amerika C hepatitinin müalicəsi Amerikada C hepatitini müalicə etmək üçün Mavyret adlı preparat hazırlanıb. Bu dərman köhnə dərman preparatlarından fərqli olaraq C hepatitini qısa bir zamanda və effektiv müalicə edir. Müalicə 2 ay müddətində başa çatır və xəstələrin 98%-də sağalma müşahidə edilir. Bu dərman 2300 xəstə üzərində yoxlamadan keçirilib. Dərmanının qəbul edənlərdə baş ağrısı, yorğunluq və baş hərlənməsi müşahidə edilib. C hepatiti səhiyyənin əsas problemlərindən biridir. Bu xəstəlikdən dünyada 325 milyon adam əziyyət çəkir.
Amerika 25 yaşlı embriondan dünyaya gələn uşaq.
Amerikalı Tina Qibson əri səbəbli sonsuzluqdan əziyyət çəkdiyinə görə donor embrionla hamilə qalıb. Ona 25 il saxlanılan embrionla hamiləlik tətbiq edilib. Belə ki, 1992-ci ildə amerikalı cütlük bu embrionu donduraraq saxlatmışdır. Embrionun yaşı barədə məlumat Tinaya hamilə qaldıqdan sonra verilib. 2017-ci ilin noyabr ayında onun Emma adında sağlam qızı dünyaya gəlib. 25 il hamilə qalmaq və doğuş arasından olan böyük məsafədir.
Niderland Robotun köməyi ilə super mikrocərrahiyyə əməliyyatı.
Robot - mikrocərrah limfedemanı xaric edərək xroniki şişkinliyin - filayaqlığın aradan qalxmasına nail olub. Əməliyyat dəqiqliklə yerinə yetirilib. Dünyada bu əməliyyatı həyata keçirə bilən bir neçə həkim var. Əməliyyatın çətin olmasına səbəb isə qandaşıyıcı limfa damarlarını birləşdirmək lazım gəlməsidir. Robot damarlarda 0,3-0,8 mm qalınlığında tikişlər edib. Pasiyent indi özünü yaxşı hiss edir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"2017-ci ilin tibbi açıqlamaları" haqqında müzakirə