Yeni ilin atributları-Şam ağacı, nar və qarpız.

Yeni ilin atributları-Şam ağacı, nar və qarpız. 21 dekabr ilin ən qısa gündüzü və ən uzun gecəsinin olduğu bir gündür və 21 dekabrda astronomik olaraq qış fəsli gəlmiş olur. Dünyanın əksər xalqları Dünya Ağacının rəmzi kimi həmişə yaşıl olan, ölməyən şam ağacı bəzəyir. Şam ağacını, yəni Dünya Ağacının simvolu olaraq bəzəmək ilin məhsuldar gəlməsini arzu, niyyət etmək deməkdir. Məhz Azərbaycanda bitən şam ağacı “El”dar şamıdır. Maraqlıdır ki, rus dilində şam ağacı “ель”, yeni ildə bəzədilmiş şam ağacı isə “елка” adlanır. Qədim German xalqları həmin günü Yol bayramı adlandırırdılar. Yol bayramında şam ağacı kötüyü şəklində rulet bişirib üzərini şam yarpaqları, şam qozası görkəmində olan şokoladla bəzəyirlər və çox zaman isə üç ədəd şam yandırırlar. Bu paqan bayramı sonralar Kristmas ilə əvəz olundu. Bəs nə üçün yandırılan vasitəni qeyri xalqlardan fərqli olaraq əcdadlarımız məhz şam adlandırıb? Bunun bir neçə səbəbi var. 1-ci şam ağacı həmişə yaşıl və uzunömürlü olduğuna görə ölməzliyin rəmzi idi. 2-ci şam ağacı qətranını əridib, daşları oyub onun içəsinə tökərək gecələri yandırıb işıqlandırıcı vasitə kimi istifadə ediblər. 3-cü İşığına və istiliyinə görə yerdə günəşin, Şamaşın simvolu hesab edilən qətran; elə Şam adlandırılıb. Diqqətlə fikir versək görərik ki, qalaktikanın spiralvari formada hərəkət trayektoriyasını xatırladan Şam qozası; Şumer tanrılarıın əlində təsvir edilib. Türk xalqlarının mifologiyasına görə insanlar “Ağ Şam/Ağca Şam/Akçaçam” ağacından törəyiblər. Həmin ən uzun 21 dekabr gecəsi “Ana Gecəsi” adlanır - bütün gecələrin Anası; Modranext. Məhz həmin gecə Ana Tanrıça Körpə Günəş Tanrısını doğmuşdu. Bu hadisə xaosdan, ölümdən həyatın yaranması hadisəsidir. E. 3000 il əvvəl bakirə İsida 25 dekabrda körpə Qoru doğmuşdu. Qor dünyaya gələrkən şərqdə onun şərəfinə ulduz doğulmuşdu. E.1200 il əvvəl 25 dekabrda Frigiyada bakirə Nana Attisi doğdu. E. 1200 il əvvəl 25 dekabrda Persiyada Mitra doğuldu. E. 900 il əvvəl bakirə Devakidən Krişna doğuldu. E. 500 il əvvəl Yunanıstanda 25 dekabrda Dionis doğuldu - Alfa və Omeqanın çarı. 22 dekabrda günəş sıfır dərəcə bucaq altına düşdükdən sonra yenidən yüksəlməyə başladıqda, və ya 22 dekabrdan sonra olan dolunayda; Qədim türklər həmin günü bayram ediblər. Qədim türklərdə isə 21 dekabr günü “Nar Doğan/Nar Duqan” adlanır. Çünki Nar günəşin rəmzi sayılır. Tatar, Çuvaş, Ural türkləri, Erzya, Mokşa, Mişar türklərində və s. yerlərdə qeyd edilir. Bizdə isə həmin gecə, çillə gecəsi adlanır. Qeyd edək ki, ilin iki çilləsi olur - Böyük və Kiçik çillələr. Qış Böyük çillə ilə başlayır. İlk günü dekabrın 20 - dən 21 - nə keçən gecə başlayan Böyük çillə 29 yanvara qədər, 40 gün davam edir. İlin ən uzun gecəsi və ilin ən qısa gündüzü 21 dekabr günü olur. Sıfır dərəcə bucaq altına düşmüş, “ölmüş” Günəş; “Oğlaq“ bürcündə, 22 dekabrdan yüksəlməyə başlayır. Oğlaq bürcünə Şumerlər “Balıqkeçi” deyərdilər. Balıq Enkinin simvolu, keçi isə insan nəslinə taleh xəbərləri gətirəndir. Sonra isə 29 yanvar 18 fevral tarixləri arasında davam edən, 20 günlük Kiçik çillə gəlir. Böyük çillə gecəsi həm də Avestada qeyd olunan qədim Zərdüştilik bayramıdır. Elə həmin gündən sonra günlər yavaş - yavaş uzanmağa başlayır, yəni həmin gecə xeyir qüvvəsi “Ahuramazda”şər qüvvəsi “Əhrimən”ilə olan kəskin mübarizəsi nəticəsində işığın qaranlıq üzərində simvolik qələbəsi olur. Bayramın əsas ideyası da budur. Xristianlıqda əsas bayramlardan olan Milad bayramının da Çillə gecəsinə oxşarlığı qeyd edilir. İsa peyğəmbərin dəqiq doğum tarixi məlum deyil, amma təxminən 24-25 dekabrda olduğu qeyd edilir. Çillə gecəsi Türkiyədə, Cənubi Azərbaycanın müxtəlif şəhərlərində - Urmiya, Təbriz, Ərdəbil, Zəncan, Xoy, Şəbüstər, Marağa və bizdə Naxçıvan, Şəki, Gəncədə, həmçinin kəndlərimizdə bu gecəni xüsusi həvəslə qeyd edirlər. Nişanlı qızlara, təzə gəlinlərə mütləq “Çillə qarpızı” pay aparırlar. Qədim Misir məbədlərinin divarında belə qarpızın heroqlifləri var. Eramızdan 5000 il əvvəl qarpız tanınıb və səhraların çarı adlanıb. Qədim Misirdən yarım səhra Kalaxari və Namib səhrası vasitəsilə Afrikanın digər ölkələrinə, Hindistana yayılıb, hətta Avstraliyaya da aparılıb. Qarpız 1500 il əvvəl Vergilinin şeirlərində, Bibliyada belə öz yerini tapıb. Qarpız 1300 – cü illərdə Avropada tanınıb, 1615-ci ildə isə ingilislərin lüğətinə düşüb. 1722 –ci ildə I Pyotr Xəzər dənizinə səyayət edərkən, Volqa sahilində dincəlməli olur. Qarpızı görən çar təəcüblənir və onun nə olduğunu, harada bitdiyini öyrənir. Qarpızlandan birini götürüb o əlinə, bu əlinə alıb deyir ki, yarım puddan az deyil. Orada yeməkdən sonra çar üçün qarpız kəsirlər. Çar qarpızı o qədər bəyənir ki, onun şərəfinə üç dəfə atəşfəşanlıq etdirir. Rusiyada Kamışin rayonunun bayrağında qartal və qarpız təsviri var. Bütün dünyanın və hamımızın tanıdığımız Qarpız; heç bir sözlə gözəl tamınınn, ətrini tərənnüm edilməsi mümkün olmayan, nənələrimizin şərəfinə bayatılar qoşduğu bu bostan bitkisi ilə çillə gecəsinin bizdə tam ayrı bir fəlsəfi mənası var. Çox zaman “çillə qarpızı” elə tünd rəng olur ki, ona el arasında “Qara Qarpız” da deyilir. “Qara Qarpızı” kəsərkən içərisindən qızıl qırmızı, doğan günəş rəngli, ətirli və dadlı nemət görünür. Elə Çillə gecəsinin fəlsəfəsi də budur . “Ölmüş” Günəş dirilir, onun rəmzi olan “Qara Qarpız” kəsilir və əsil Günəş ilə yanaşı ailə ocağında simvolik Günəş doğulmuş olur. Bəlkə “Qara Qarpız”; simvolik olaraq elə bizim “Qızıl Günəşi” doğan “Qara Günəş”dir?! Əcdadlarımız heç vaxt təsadüf bir söz deməyib, təsadüfi, əsası olmayan simvol yaratmayıb! Kiçik çillə 20 gün sonra öz yerini yaradılışla bağlı və 4 çərşənbəsi olan Boz aya; “yazın qırxlı çağ”ına verir. Boz ay isə Novruza qədər davam edir. 22 dekabrda yenidən dirilən və yüksələn Günəş; qaranlıq saatların ömrünü Novruz bayramı günündə yarıba yarı azaltmış olur.

Firəngiz Rüstəmova.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Yeni ilin atributları-Şam ağacı, nar və qarpız." haqqında müzakirə

Rəy əlavə et

Şifrə görsənmirsə yenilə