Masonluq nədir ?

Masonluq nədir ?

Masonluq – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. 


Mason sözü ingilis dilindən tərcüməsi azad bənna deməkdir.

Azərbaycan SSR Ali Sovetinin deputatı və respublika Milli Məclisinin sabiq üzvü Sultan Məmmədov özünün yazdığı "Dünyanın hörümçək toru" kitabında masonluğa belə tərif verir: "Masonluq ən böyük və məxfi fəaliyyət göstərən, özünün əmlakı, çoxmilyardlıq büdcəsi olan beynəlxalq təşkilatdır".  Əslində masonluq çox mürəkkəb sistem əsasında qurulmuş bir təşkilatdır ki, hətta bu təşkilata qulluq edən aşağı təbəqəli (masonluq bir neçə təbəqədən ibarətdir ki, işarə olunacaq) masonlar belə bilmirlər ki, kimə və hansı hədəfə xidmət edirlər. Necə deyərlər bu təşkilatın bədəninin yarısı yerin altında, yarısı çöldədir. 

Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.

Masonluq ezotirik quruluş olub sadəcə üzvləri üçün açıq fəaliyyət göstərən bir qurumdur. 


Dünyada 7 milyona yaxın masonun olduğunu və bu şəxslərin 12 minə yaxın mason lojasında fəaliyyət göstərdiklərini müəyyənləşdirmişdir.


Dünya üzrə masonluq sisteminin ən güclü olduğu yer kimi qəbul edilən ABŞ-da isə 2 milyon nəfər masonun varlığı məlumdur.

Masonlar mason lojaları olaraq adlandırılan təşkilatlarda fəaliyyət göstərirlər. Hər bir mason lojası mərkəzi Baş lojaya tabedir. Hər bir ölkədə bir baş loja mövcuddur. Burada istisna kimi Amerika Birləşmiş Ştatlarının hər bir ştatında ayrıca baş lojaların olduğunu qeyd etmək lazımdır. 


Masonluq mərasimlərin və toplantıların gizli həyata keçirilməsi səbəbindən insanlar tərəfindən əsirlər boyu müzakirə edilmiş və daim maraq obyekti olaraq qalmışdır.

İdeologiya

Masonluq fəlsəfəsi özündə xristianlıq və digər dinlərin zahiri elementlərini ehtiva edir.

 Masonluğun rəmzləri və terminologiyası öz mənşəyini hərəkatın ilk qardaşlarından olan bənnaların əmək alətlərindən alır.

Mala, pərgar, şaqul masonlar tərəfindən sözün ən geniş mənasında təhlil edilir və bunlara mistik məna verilir. 

Masonluğun ümumqəbulolunmuş rəmzi daxilində açıq göz olan üçbucaqdır. Masonluğun digər rəmzlərindən biri də masonların müqəddəs hesab etdiyi akasiya ağacıdır.

Masonluğun əsas dini mənası Allah və insan ruhunun xüsusi enerji halları olmasını iddia etməsindədir. Masonlar bu təlimə əsaslanaraq günah və xəcalət anlayışlarını rədd edir, əvəzində karmaların pozulmasını bəşəriyyət və mason ordeni üçün pis və ya zərərli hesab edirlər. Belə ki, masonların fikrincə ruh şəxssiz substansiya olub başqa bir insan bədəninə ötürülə bilər.

Masonluğun üç əsas vəzifəsi mövcuddur:(S.Məmmədov; Masonluq səh-22)
  • Birinci – dünyanın bütün amillərində  idarəetmənin şovinist xarakterinin gizli formasını təmin etmək
  • İkinci – vahid idarəetmənin aşağı strukturuna qeyri-yəhudi millətlərdən insanlar cəlb etmək
  • Üçüncü – vahid idarəetmənin məxfiliyini və gizliliyini təmin etmək.

Namizədlik tələbləri

İlk öncə həmin şəxsə daha öncə mason olmuş ən azı 2 şəxs zamin durmalıdır. Bundan sonra mason olmaq istəyən şəxs yaşadığı ərazidə yerləşən yerli lojaya müraciət etməklə onun barəsində qəbul prosesinin başladılmasına nail ola bilər. Əvvəllər məhkum olunmuş, cəmiyyətdə mənfi insan kimi xarakterizə edilən və ateist olan şəxslərin masonluğa qəbul edilməsinə yol verilmir.

  • 21 yaşdan yuxarı
  • Azad
  • Sərbəst düşüncə sahibi
  • Savadlı və dünyagörüşlü
  • Fiziki və ya əqli qüsurunun olmaması.
  • Mənsub olacağı lojanın tədbirlərində zamanında iştirak edə bilməsi.
  • 2 zamin mason
  • Normal maddi imkana sahib olması.

Bəzən 6 aya yaxın davam edən qəbul prosesinin sonunda yüksək dərəcəli masonlar şəxsin masonluq sisteminə qəbul edilib-edilməməsinə səs verirlər.

Masonluq Azərbaycanda

Əslində masonluğun Azərbaycandakı aktiv fəaliyyət tarixçəsi keçən əsrin əvvələrinə təsadüf edir.

Rokfeller, Rotşild kimi ailələrin keçən əsrin əvvəllərində Azərbaycandakı fəaliyyətini nəzərə alsaq bu o qədər də təəccüblü görünmür.

Hazırda ABŞ-da Böyük magistr dərəcəsinədək yüksəlmiş həmvətənimiz də var. 1938-ci ildə Təbrizdə anadan olan Bağır Heyət gənc yaşlarında İrandan ABŞ-a mühacirət etmişdir. ABŞ-da ticarət fəaliyyətinə daşınmaz əmlakın alqı-satqısı ilə başlayan Bağır Heyət ABŞ vətəndaşlığı aldıqdan sonra adını dəyişərək Robert qoymuşdur. Masonluq fəaliyyətinin ən aktiv dövrünü Rumıniyada keçirmiş, Çauşesku rejiminin yıxılmasında, Rumıniyadakı xalq qiyamının təşkilində, ABŞ-dakı "Nur lojası" və "Azəri lojası"nın qurulmasında fəal iştirak etmişdir.

19 dekabr 2006-cı ildən etibarən o, Vaşinqtondakı lojaların mərkəzi olan "Kolumbiya Dairəsi Böyük Lojası"ına (Grand Lodge of the District of Columbia) başçılıq edən Böyük magistrdir.

İslamda olan şəxs masonluğa gedə bilməz çünki onun masonluqdan qat qat daha gözəl İSLAMI vardır 

İstinadlar 
wikipedia
Hodapp, Christopher. Freemasons for Dummies. Indianapolis: Wiley, 2005. p.52.
S.Məmmədov Masonluq
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Masonluq nədir ?" haqqında müzakirə

Rəy əlavə et

Şifrə görsənmirsə yenilə