Bu virus korluğa və şizofreniyaya səbəb,xərçəngə dərman ola bilir

  • Müəllif: redaktr
  • Tarix: 21 yanvar 2017
  • Baxış sayı: 3 438
  • 0 rəy

Bu virus korluğa və şizofreniyaya səbəb,xərçəngə dərman ola bilir
Bu sözləri Amerikanın Ohayo ştatının Universitetinin alimləri söyləyiblər. Alimlərin araşdırmalardan sonra bu sözləri herpes virusu haqqında deyiblər. Onların uzun illər apardıqları araşdırmalar genetik modifikasiyası dəyişdirilmiş herpes virusunun xərçəng hüceyrələrinin öldürdüyünü sübut edib. Bu xüsusiyyətinə görə alimlər insanların herpesə yoluxmasını istəyirlər. Çünki onlar herpes virusunun insan orqanizmində şiş hüceyrələrinin öldürdüyünə əmindirlər. Bunları laboratoriyada siçanlar üzərində aparılan araşdırmlar sübüt edib. Biz herpesi insana yoluxan və zərərverici virus kimi tanıyırıq. Yer kürəsi əhalisinin 90%-i bu virusun daşıyıcısıdır. Yəni on adamdan doqquzu bu virusu daşıyır. Bəs herpes virusu hansı yollarla yoluxur?
1 Ağız suyu.
İnsanlar herpes virusuna dodaqdan öpüşmə vasitəsilə yoluxa bilirlər.
2 Məişət əşyaları
Dodaqlarında herpes səbəbli uçuqlama olan adamın fincanından,qaşığından,pomadasından istifadə edildiyi zaman xəstəlik yoluxa bilir.
3 Cinsi əlaqə
Cinsiyyət orqanlarında olan herpes virusu cinsi əlaqə zamanı asanlıqla yoluxur.
4 Dəri
Dəridə herpes virusunun əmələ gətirdiyi suluqların patlaması nəticəsində axan maye sağlam adamın zədələnmiş dəri toxumasına dəydikdə sağlam adam herpes virusuna yoluxur.
Herpes virusu aşağıdakı hallarda da meydana çıxa bilir:
- orqanizm soyuqladıqda
- iqlim dəyişdikdə
- güclü stress zamanı
- qrip,angina və digər infeksiya xəstəlikləri zamanı
Herpesdən niyə qorxmalı?
Müxtəlif infeksiya xəstəlikləri zamanı dodaqlarda herpes virusunun əmələ gətirdiyi zədələnmə qorxulu hesab edilmir. Tibb mütəxəssisləri cinsiyyət orqanlarında olan herpesin qorxulu olduğunu qeyd edirlər. Belə ki, cinsi orqanlarda olan herpes vaxtında və düzgün müalicə olunmazsa, bu ciddi ağırlaşmalara səbəb olur. Herpesin əmələ gətirdiyi ağırlaşmalara aiddir:
- sonsuzluq (kişi spermatozoidlərində və qadın yumurtahüceyrələrində herpes virusu tapıldıqda)
- korluq (herpes virusunun gözü zədələdiyi zaman)
- radikulit
- ensefalit
- ağciyər zədələnməsi(herpetik pnevmoniya)
- qaraciyər zədələnməsi(herpetik hepatit)
- şizofreniya.
Müayinə metodları:
* qanda antitelin yoxlanılması
* seroliji müayinə metodlarından istifadə
* sitoloji müayinə metodlarından istifadə.
Müalicə məqsədilə dodaqda və dəridə əmələ gələn herpes suluqlarına asiklovir mazı və briliant abısı (zelyonka) sürtülür. Suluq olmadığı zamanlarda ağrını aradan qaldırmaq məqsədilə soyuq çay və ya soyuq kofe ilə tampon qoyulur. Araq və viski hopdurulmuş tənzif qoyulması da herpes səbəbli əmələ gələn ağrıların aradan qalxmasına səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bu virus korluğa və şizofreniyaya səbəb,xərçəngə dərman ola bilir" haqqında müzakirə