İlan və zəhərli həşərat dişləməsi

  • Müəllif: elnare
  • Tarix: 5 yanvar 2017
  • Baxış sayı: 6 045
  • 0 rəy

İlan və zəhərli həşərat dişləməsi
Zəhərli ilan və ya həşərat sancdıqda onların zəhəri yara yerindən orqanizmə keçir. Bir sıra zəhərli ilanların (gürzə, zınqovlu ilan), əqrəbin zəhəri insan üçün daha qorxuludur. Bu zaman vaxtında yardım göstərilməzsə, hadisə insanın ölümü ilə nəticələnə bilər.
İlan vuran zaman xəsətəyə ilk tibbi yardımı hadisə yerində göstərmək lazımdır. İlk tibbi yardım xəstənin ilan vuran yerindən yuxarı nahiyyəyə turna qoymaqdan ibarətdir. Sonra yara yerinə qanısormaq üçün küpə və ya banka qoymaqla zəhərli qanı xaricə axıtmaq lazımdır. Yaxınlıqda banka yoxdursa ağız və dodaqlarında yara olmayan birisi zəhəri ağız vasitəsilə sorub kənara ata bilər. İlan vurmuş yara 1%-li kalium permanqanat məhlulu ilə yuyulur, həmin nahiyəyə soyuq şey qoymaq lazımdır.
Zəhərli hörümçək və ya əqrəb sancması ilan sancması qədər təhlükəlidir. Həşarat sancması zamanı onlar neyrotoksik təsirli zəhər buraxırlar ki, bu zəhər tənəfüs mərkəzini iflic edir və qıcolmaya səbəb olur. Bu zaman adama vaxtında yardım göstərilməzsə o ölə bilər. Böyənin sancmzsı nisbətən az təhlükəlidir, zəhərlənmə əlamətləri verirsə də ölümə səbəb olmur.
Həşərat sancması zamanı ilk yardım həşəratın neştərini çıxartmaqdır.
Hər iki halda ilk yardım göstərilsə də, zərərçəkəni təcili xəstəxanaya çatdırmaq və zəhərə qarşı zərdab vurdurmaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"İlan və zəhərli həşərat dişləməsi" haqqında müzakirə