Yorğunluğu əmələ gətirən 14 səbəb

  • Müəllif: elnare
  • Tarix: 5 yanvar 2017
  • Baxış sayı: 4 116
  • 0 rəy

Yorğunluğu əmələ gətirən 14 səbəb
1. Oturaq həyat tərzi.
Bəziləri elə hesab edirlər ki, onlar idman məşqləri etdikdə enerjiləri tükənir, gücləri zəifləyir. Corciya Universitetinin alimləri oturaq həyat tərzi keçirənlərin hərəkətdə olan adamlara nisbətən daha çox özlərini yorğun hiss etdiklərini sübut etmişlər.
Onlar 6 iş günü oturaq işlə məşğul olan adamın ən azı həftədə 1 dəfə 20 dəqiqə idmanla məşğul olmağını tövsiyə edirlər.
İdmanla məşğul olmaq əzələlərin gücünü və dözümlülüyünü artırır, ürəyin işini stimulyasiya edir, toxumalara oksigenin daşınmasına yardım edir.
2. Az maye qəbulu.
Texas Universitetinin dietoloqu Emi Qudson kifayət qədər maye qəbul edilmədikdə orqanizmdə yorğunluq hissinin əmələ gəldiyini söyləyir. Onun dediklərinə görə az miqdarda su içən adamların qanı laxtalanmaya meyilli olur. Laxtalanma qabiliyyəti çox olan adamlar özlərini daima yorğun hiss edirlər.
3. Dəmir çatışmazlığı.
Orqanizmdə yetərincə dəmir olmadıqda insanda halsızlıq, zəiflik, yorğunluq hissi olur. Dəmir çatışmazlığı olan xəstələrin orqan və toxumaları yetərincə oksigenlə qidalanmır. Həkimə müraciət etməklə dəmir çatışmazlığını aradan qaldırmaq olur.
4. Xəyalpərəstlik.
Daima mümkün olmayan işlərə girişmək, həmin işdən ötrü vaxtını, zamanını sərf eləmək insanı yorur. Həyata keçməsi mümkün olmayan işlərə itirilən vaxtı siz daha faydalı və asan proyektlərə həsr edib yorulmaya bilərsiniz.
5. Milçəkdən fil düzəltmək.
Əgər sizin iş yerinizdə rəisiniz sizə qəfil bir tapşırıq verirsə və siz həyəcanlanmağa başlayırsınızsa, bu mənfi bi psixoloji hal sayılır. Bu zaman siz tez əl-ayağa düşürsünüz, tapşırığı yerinə yetirməyəcəyiniz və işdən qovulacağınız haqqında düşünürsünüzsə, işləriniz daha da pisləşəcək. Bu cür düşüncə tərzi sizin əsəblərinizi korlayacaq və sizdə daima yorğunluq hissi olacaq. Təmiz havada çox vaxt keçirsəniz, reallıqlarla üzləşsəniz vəziyyətiniz yüngülləşər.
6. Səhərlər yeməmək.
Səhər yeməyi insan orqanizmi üçün əsas sayılır. Səhərlər normal qida qəbul etməyən şəxslərdə də gün boyu yorğunluq hissi olur.
7. Ayaqüstü və zərərli qidalar.
Məşhur amerikalı dietoloq  Emi Qudson bildirir ki, daima şirniyyat qəbul edən və ayaqüstü qidalanan insanlarda yorğunluq hissi özünü biruzə verir.
8. “Yox” deməyi bacarmamaq.
İnsanlar bəzən öz işlərindən savayı başqalarına da kömək edir. Bu əlavə enerji və vaxt itkisinə səbəb olur. Gün ərzində öz üzərinizə düşən işi bititrdikdən sonra, istirahət etmək vacibdir.
9. İş yeriniz səliqəsiz olanda.
Əgər gün boyu işlədiyiniz otaqda səliqəsizlik hökm sürürsə, bu istər-istəməz sizin beyninizə mənfi təsir göstərəcək və özünüzü yorğun hiss edəcəksiniz.
10. Ezamiyyət vaxtında işləmək.
Fasiləsiz iş rejimi, istirahətə vaxt ayırmamaq, hətta ezamiyyət vaxtında da işləmək sizi yorğun hala sala bilər.
11. Yatmazdan əvvəl şərab içmək.
Bəziləri yatmazdan əvvəl şərab içməyin yuxunu dərinləşdirəcəyini düşünürlər. Amma yatmazdan əvvəl spirtli içki içmək sinir sisteminə qıcıqlandırıcı təsir edir və səhəri gün yorğunluq verir.
12. Yatmazdan əvvəl elektron poçta baxmaq.
Yorğunluğunuzun səbəbi yatmazdan əvvəl smartfon telefona və yaxud kompyuterə baxmaq ola bilər. Çünki bu zaman sizə gələn məktublara baxmaq və cavablandırmaq lazım gələ bilər. Bu isə gec yatmağınıza səbəb olar. İnsan kifatət qədər yatmadıqda, beyin dincəlmir və ertəsi gün adam özünü yorğun hiss edir.
13. Çox kofein qəbul etmək.
Gün ərzində həddindən çox kofe içmək insanın beynində oyanıqlıq yaradır və yuxunu pozur. Yuxu pozğunluğu insanda xroniki yorğunluq hissi yaradır.
14. Bütün günü yatmaq.
Bəzi insanlar işə getmədikləri gün yataqlarından qalxmırlar. Bütün günü yatmaq insanı dərin yuxu fazasına salır və həmin adam ayağa durub gəzdikdə özünü yorğun hiss edir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yorğunluğu əmələ gətirən 14 səbəb" haqqında müzakirə