Misir piramidlərinin sirri

  • Müəllif: elnare
  • Tarix: 5 yanvar 2017
  • Baxış sayı: 2 147
  • 0 rəy

Misir piramidlərinin sirri.
Dünyanın yeddi möcüzəsindən biri bu günümüzədək zərər görmədən davam gətirib dayana bilmiş Misir piramidalarıdır.
Misir ehramları piramid şəklində olan tarixi tikilidir. Uzun illər sonra dünyanın bir çox yerlərində piramida şəkilli abidələr tikilsə də, Misir piramidləri kimi qədim və davamlı olmadıqlarına görə məşhurluq tapmayıblar. Bu səbəbdən də piramid dedikdə ilk ağıla gələn Misir piramidaları olur.
Ehramlar hər biri 20 ton olan qaya parçalarından tikilmişdir. Qayaların olduğu yer isə ehramlardan 200 km uzaqlıqda olduğu üçün onların hansı yollarla gətirilməsi hələ də sirr olaraq qalmaqdadır.
Ehramların hər biri, bir Misir fironunun şərəfinə tikilmişdir. Daxilində həmin fironun mumiyası saxlanılır və mumiyaya ildə 2 dəfə gün işığı düşür. Bu həmin fironun doğum və taxta çıxdığı tarixə düşür.
Ehramların içərisində heç bir texniki avadanlıq işləmir, əgər ehramın daxilinə qabda çirkli su qoyulsa, bir-neçə gündən sonra həmin su durulur.
Ehramların daxilində bitkilər daha tez inkişaf edib böyüyürlər.
Ehramların daxilində bəzi otaqlar vardır ki, onların sirri hələ də açılmayıb. Belə ki, həmin otaqlara girən tədqiqatçılar geri qayıtmayıb və o otaqlara heç bir aparatla baxmaq olmur.
Ehramların içərisi yayda soyuq, qışda isə isti olur.
Ehramlardan ən böyüyünün olduğu yer dünyanın quru ərazisinin mərkəzi sayılır. Ən böyük ehramdan yer kürəsinin nüvəsinə qədər olan məsafə onunla Şimal qütbü arasında olan məsafəyə bərabərdir.
Misir piramidaları haqqında çoxlu rəvayətlər və əfsanələr var. Bunlardan bəziləri öz təsdiqini tapmış, bəziləri isə hələ də mütəxəssislər tərəfindən araşdırılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Misir piramidlərinin sirri" haqqında müzakirə