Körpəni necə çimizdirməli?

  • Müəllif: elnare
  • Tarix: 2 yanvar 2017
  • Baxış sayı: 3 442
  • 0 rəy

 Körpəni necə çimizdirməli?
Yeni doğulmuş körpəni ancaq göbək ciyəsi sağaldıqdan sonra çimizdirmək olar.Uşağı qorxutmamaq üçün uşağı yuxulu və ac olduqda deyil,sakit və əhvali-ruhiyyəsi yaxşı olduqda çimizdirmək lazimdır.
Uşağı harada çimizdirmək olar?
Körpəni gigiyenik tələblərə cavab verən yerdə-mətbəxdə, otaqda və ya hamam otağında çimizdirmık məsləhətdir.Uşaqlar xüsusi plastmas vannalarda çimizdirilir.
Necə sudan istifadə etmək məsləhətdir?
İlk dəfə uşağı yalnız qaynadilmış su ilə çimizdimək olar. Bu,hələ tam sağalmamış göbək yarasına infeksiyanın qarşısını almaq üçündür.Yara sağaldıqdan sonra adi sudan istifadə etmək olar.Suyun hərarəti termometrlə ölçülür və uşaq çimdiyi müddətda temperatur sabit saxlanılır. Bunu üçün isti suyu az-az vannaya əlavə etmək lazımdır. Həyatının ilk ayında çimmək üçün götürülən suya 5%-li kalium permanqanat (marqanes) əlavə etmək lazımdır.Sonrakı aylarda bu məqsədlə çobanyastığı və ya yatıqqanqal dəmləmələrindən istifadə etmək olar.
Uşağı çimizdirmək üçün aşağıdakı əşyalar lazimdır:
1.uşaq sabunu
2.isti qaynadılmış su
3.çobanyastığı və ya yatıqqanqal dəmləməsi
4.pambıq
5.daraq
6.dırnaq qayçısı
7.dəri büküşlərini silmək üçün uşaq yağı
8.böyük dəsmal və uşaq paltarı
Çılpaq uşağı nazik pambıq parçanın arasına qoyun və yavaş –yavaş suya salmağa başlayın ki, dərisi suya öyrəşsin. Suya əvvəlcə ayaqları,sonra sağrını və beli salın.Uşağı süngər və ya yumşaq parça ilə çimizdirmək lazımdır.Əvvəlcə körpənin boynunu və sinəsini .sonra qarnınl, əl və ayaqlarını.sonda isə belini yuyun.Uşağın başını ən axırda və çox ehtiyatla yumaq lazımdır.
İlk vaxtlarda 5-7 dəqiqə yumaq kifayət edir.Sonralar uşaq öyrəşdikdə bu proseduru 15-20 dəqiqə uzatmaq olar.Çimizdirdikdən sonra körpənin bütün bədənini, xüsusən də büküşləri uşaq yağı ilə silin.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Körpəni necə çimizdirməli?" haqqında müzakirə