Uşaqların ehtiyac duyduğu vitamin və minerallar

  • Müəllif: elnare
  • Tarix: 2 yanvar 2017
  • Baxış sayı: 2 188
  • 0 rəy

Uşaqların ehtiyac duyduğu vitamin və minerallar aşağıdakılardır:
Kalsium.
Sümük və dişlərin möhkəmlənməsi üçün vacıb sayılır. Kalsium qanın laxtalanma prosesində iştirak edir və orqanizmdə qidanın enerjiyə çevrilməsində rol oynayır. Kalsium aşağıdakı qidalarda olur:
– qatıq
– süd
– pendir
– bişmiş ispanaq
Omeqa 3 və Omeqa 6.
Omeqa 6, bir çox qidaların tərkibində olur. Omeqa 3 isə ən çox balıq və balıq məhsullarında olur.
Dəmir.
Dəmir qanda hemoqlabinin əmələ gəlməsi üçün lazımdır. Dəmir çatışmazlığı uşaqlarda yorğunluğa, zəifliyə və əsəbiliyə səbəb ola bilir.
Dəmir aşağıdakı qidalarda olur:
– mərci
– quru lobya
– dana əti
– noxud.
Maqnezium
Uşaqların sümük sistemini möhkəmləndirir, immun sistemi gücləndirir, sinir sisteminin düzgün çalışmasına yardım edir. Maqnezium aşağıdakı qidaların tərkibində olur:
– ispanaq
– fısdıq
– kişmiş
– mərci
– qatıq
– banan.
Kalium.
Orqanizmin su-duz mübadiləsində iştirak edir, qan təzyiqinin normallaşmasına yardım edir. Ürək ritmlərinin normallaşmasına və əzələlərin yaxşı işləməsinə səbəb olur. Kalium aşağıdakı qidaların tərkibində olur:
– sobada bişmiş kartof
– ərik
– pomidor suyu
– portağal suyu
– bananda
A vitamini.
Gözlər və sümüklərin inkişafı üçün lazımdır. Saç, dəri və dırnaqların inkişafı üçün yardımçı olur. A vitamini aşağıdakı qidaların tərkibində olur:
– yerkökü şirəsi
– ispanaq
– yumurta.
C vitamini.
Sümüklərin, toxumaların, immunitetin möhkəmlənməsi üçün lazımdır. Aşağıdakı qidaların tərkibində daha çox C vitamini olur:
– portağal suyu
– qırmızı bibər
– kivi
– brokli kələmi
– pomidor.
D vitamini.
Orqanizmdə kalsiumun bağırsaqlardan sorulmasına yardım edir. Sümükləri möhkəmləndirir. D vitamini aşağıdakı qidalarda olur:
– samon balığı
– yumurta sarısı.
Tərkibində E vitamini olan qidalar:
– badam
– ispanaq
– kivi.
Sink.
Saçların, dırnaqların və dərinin sağlamlığı üçün lazımdır. Sink aşağıdakı qidaların tərkibində daha çox olur:
– mərci
– badam
– noxud
– toyuq budu. 
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Uşaqların ehtiyac duyduğu vitamin və minerallar" haqqında müzakirə