Südəmər uşağın bədən quruluşu, xüsusiyyətləri

  • Müəllif: elnare
  • Tarix: 2 yanvar 2017
  • Baxış sayı: 4 063
  • 0 rəy

Südəmər uşağın bədən quruluşu, xüsusiyyətləri.
Dünyaya yeni göz açmış hər bir körpə ailəyə sevinc gətirir. Vaxtında və normal doğulmuş uşağın çəkisi təxminən 3 kq olur. Oğlanların çəkisi qızlarınkından bir qədər çox olur. Adətən doğumun ilk günlərində körpələr 100-200 qram çəkilərini itirirlər.
Normal doğulmuş uşağın bədəninin uzunluğu adətən təxminən 48-54 sm uzunluqda olur. Lakin bundan az və ya çox da ola bilər.
Yeni doğulmuş körpənin başı böyük, ayaqları qısa və əyri, qarnı böyük olur.
Yeni doğulmuş sağlam uşağı arxası üstə qoysaq o, başını yana çevirir, əllərini dirsəkdən qatlayıb yana tutur və başının yanında saxlayır, qıçlarını qatlayıb qarnına doğru aparır. Bu saydıqlarımız körpənin normal duruşudur.
Körpələr ilk gündən istini, soyuğu və ağrını hiss edirlər. Buna görə də uşağın isti-soyuğa düşməsinə və ağrımasına yol vermək olmaz.
Körpə dünyaya gəldikdə onun göbəyini qısqacla sıxırlar, bir-neçə gündən sonra göbək düşür. Göbək düşdüyüy zaman quru və qanlı göz bağlamış olur. Buna görə də yeni doğulmuş uşağın göbəyinə diqqət yetirmək lazımdır. Göbəyə düzgün diqqət yetirilməzsə, o infeksiyalaşa bilər.
Yeni doğulmuş uşağın sidiyi şəffaf, rəngsiz, qoxusuz, nəcsi isə tünd- sarı və ya yaşıl – sarı rəngdə olur.
Südəmər körpələrin burnu tez-tez quruyur və tutulur, isti-soyuğa düşəndə asqırırlar. Onlar hər cür havaya qarşı həssas olurlar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Südəmər uşağın bədən quruluşu, xüsusiyyətləri" haqqında müzakirə