5 aylıq uşağın qidalanması

  • Müəllif: elnare
  • Tarix: 21 iyun 2017
  • Baxış sayı: 117 372
  • 1 rəy

5 aylıq uşağın qidalanması

Beş aylıq uşağın hələ də ana südünə ehtiyacı olan bir dövrüdür. Bu dövrdə uşaq daha da aktiv olur və getdikcə daha çox böyüyür. 5 aylıq uşaq artıq ana südü ilə kifayətlənə bilmir və əlavə qida istəyir. Bu dövrdə uşaq yanlız ana südü içir, sakitdirsə və inkişaf edirsə, onda qorxulu heç nə yoxdur. Bu o deməkdir ki, 5 aylıq uşaq anasının südü ilə kifayətlənir. Lakin uşaq saatlarla döş əmirsə və əsəbidirsə, gecələr yatmırsa və günü-gündən zəifləyirsə deməli sizin uşağınıza əmdiyi süd kifayət eləmir. Bu zaman mütləq qarışıq qidaya keçmək lazımdır.

5 aylıq uşağı əlavə qidaya keçirən zaman ilk növbədə meyvə şirələrindən və ya meyvə pürelərindən başlamaq lazımdır. Bu qidalar 5 aylıq uşağın orqanizminin lazım olan vitamin və mineral, karbohidrat ehtiyacını ödəyir. 

İlk dəfə meyvə şirəsi və ya püresi yeməyən zaman uşaqların bağırsaq möhtəviyyatında dəyişiklik hiss edilir. 5 aylıq uşağa banan və ya almanı da əzərək yedirməlk mümkündür. Bu meyvələri uşaqlar ləzzətlə qəbul edirlər. Bu yaşda uşağa alma əzməsi yedirərkən almanın qabığını mütləq soymaq lazımdır. Mütəxəssislər südəmər uşağa verilən hər meyvənin öz mövsümündə verilməsini məsləhət bilir. Uşağa meyvə verərkən yerli meyvələrdən istifadə edilərsə, daha məqsədəuyğun olar. Bütün meyvələri uşaqlara yeməyə başlayarkən az miqdardan başlamaq lazımdır. Əvvəlcə uşağa gündə 1 dəfə yarım çay qaşığı meyvə şirəsi və ya püresi vermək lazımdır. 

Uşaqlara meyvə püreesi və ya meyvə şirəsi verən zaman sitrus meyvələri, çiyələk və moruqdan bacardıqca uzaq olmaq lazımdır. Çünki, bu meyvələr uşaqlarda allergiya əlamətlərinin əmələ gəlməsinə səbəb olur. Bu da uşaqlarda diatez əlamətləri ilə özünü göstərir.

Yadda saxlamaq lzımdır ki, təbii meyvə şirələri və ya püreləri uşağın sağlam və aktiv böyüməsinə yardım edir. Meyvə şirələrini uşağa iki əmizdirmə arasında olan məsafədə verilməlidir. 5 aylıq uşaq gün ərzində 900 qrama qədər qida qəbul edə bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"5 aylıq uşağın qidalanması" haqqında müzakirə

  • Vika
    Salam. Qızım bu gün 5 aylıq olur. Südüm olmadığı üçün smes verirəm. Əlavə qidaya keçə bilərəmmi? Nələr vermək olar?