Kişi cinsiyyət vəzilərinin patoloji fiziologiyası

  • Müəllif: admin1
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 3 703
  • 0 rəy

Kişi cinsiyyət vəzilərinin patoloji fiziologiyası.
Kişi cinsiyyət vəzilrinin 2 funksiyası vardır:
1. Cinsi hüceyrələr əmələ gətirir (spermatogenez).
2. Kişi cinsiyyət hormonlarının sintez edir (androgenezlər sintez edir).
Kişi cinsiyyət hormonları cinsiyyət vəzilərinin intersistal hüceyrələrində sintez edilir. Androgenlərin əsas növü testosterondur. Başqa androgenlər testosteronun metobolizmi nəticəsində əmələ gələn aralıq məhsullarıdır. Testosteron xarici cinsiyyət orqanlarının, ikincili cinsi əlamətlərin, prostat vəzinin və toxum qovuqcuqlarının inkişafını stimulyasiya edir. Onun təsiri nəticəsində zülal sintezi və əzələ qüvvəsi artır. Testosteronun artıq hissəsi qaraciyərdə inaktivləşdirilir.
Kişi cinsiyyət hormonlarının hipersekresiyası hipertestosteronizm adlanır. O mərkəzi, hipofizar və periferik mənşəli ola bilir.
Testosteronun sekresiyası fərdi həyatın ilk dövrlərində artdıqda vaxtından əvvəl cinsi yetkinlik baş verir. Belə xəstələrdə boy inkişafı ləngiyir, sklet əzələləri isə yaxşı inkişaf edir. Boy inkişafının ləngiməsi epifizar qığırdaqların vaxtından əvvəl sümükləşməsi ilə, əzələ inkişafı ilə, androgenlərin anabolik təsiri ilə əlaqədardır. Xəstəlik zamanı orqanizmdə zülalların sintezi sürətlənir.
Hipertestosteronizm hipotalamuhipofizar mənşəli olduqda həm androgenlərin sintezi, həm də spermatogenez prosesi stimulyasiya edilir. Bu adətən intersistal hüceyrələrin şiş xəstəliyi ilə əlaqədar olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kişi cinsiyyət vəzilərinin patoloji fiziologiyası" haqqında müzakirə