Kişilərdə Kapoşi sarkoması

  • Müəllif: admin1
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 3 691
  • 0 rəy

Kişilərdə Kapoşi sarkoması.
Xəstəlik Macar alimi Moris Kapoşinin adı ilə adlandırılır. Xəstəliyə yalnız 40 yaşdan yuxarı kişilərdə rast gəlinir. Xəstlik özünü kişilərin aşağı ətraflarının dərisində əmələ gələn xoşxassəli düyünlərlə biruzə verir. Kapoşi sindromunun törədicisi VIII tip herpes virusudur.
Virus orqanizmə düşdükdən sonra limfositlərdə xeyli çoxalır. O birincili lmfoma və Kastleman xəstəliyi törədir.
Xəstəlik əsasən homo və biseksuallarla, təmas, cinsi əlaqə və hava-damcı yolu ilə yoluxur. Xəstəliyi yoluxduranlar əsasən homo və biseksual kişilərdir. Onlarla təmasda olub yoluxan şəxs isə xəstəliyi digərlərinə yoluxdura bilirlər.
Bu xəstəlik digər infeksion xəstəliklərdən fərqli olaraq immun sistemin aşağı düşdüyü hallarda deyil, immunitetin aktiv formalarında inkişaf edir. Xəstəliyin inkişafında irsi faktorun rolunun olması faktı göstərilir.
Kopaşi sarkoması ətrafların dərisində qəhvəyi qırmızı, göyümtül qırmızı düyünlərin əmələ gəlməsi ilə özünü biruzə verir. Düyünlər yumşaq olur, maliqnizə etmir. Xəstəliyin bədxassəli gedişində düyünlər bədənin digər nahiyələrinə də yayılır, daxili orqanlar və limfa vəziləri zədələnir. Xəstəliyin gedişinə görə müxtəlif mərhələlərə bölünür:
1. Dəri təzahürləri
2. Dəri təzahürləri və limfaların böyüməsi.
3. Yayılmış dəri təzahürləri və limfaların zədələnməsi.
4. Visseral əlamətlər.
Xəstəliyin 33% hallarda yayılmış, 61% hallarda generalizə edən, 45% hallarda isə müxtəlif bədən təzahürlərinin zədələnməsi ilə baş verir. Xəstəliyə diaqnozun qoyulmasında kliniki əlamətlərin rolu böyükdür.
Müalicə düyünlərin kəsilməsi, elektrokoaqulyasiyası və ya onların içərisinə vinblastın yeridilməsi ilə aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kişilərdə Kapoşi sarkoması" haqqında müzakirə