PP vitamini çatışmazlığı

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 721 895
  • 0 rəy

 PP vitamini çatışmazlığı.
PP (nikotin turşusu) vitamini çatışmazlığı oqranizmdə bəzi patoloji əlamətlərin meydana çıxmasına səbəb olur. Bu vitaminin çatışmazlığı aşağıdakı xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilir:
– pellaqra
– sinir sistemi xəstəlikləri
– bağırsaq xəstəlikləri
– dəri xəstəlikləri.
Pellaqra xəstəliyinə ən çox Orta Aiya və Afrika ölkələrində yaşayan insanlar arasında  yayılmışdır. Mütəxəssislər bunun səbəbini onların qidalanması ilə əlaqələndirirlər. Pellaqranın ağırlıq dərəcəsinə görə 3 dərəcəsi ayırd edilir:
– yüngül
– orta
– ağır.
Yüngül dərəcə özünü dəri xəstəlikləri, bəzi hallarda isə ishalla, zəif astenik əlamətlərlə özünü göstərir. Ağır dərəcəli pellaqra kaxeksiya, psixozlar, dərinin geniş spektli xəstəlikləri ilə müşayiət olunur.
PP vitamini çatışmazlığı endogen səbəblərdən də baş verə bilir. Həzm sisteminin pozulması, nevritlər, bəzi zəhərlənmə növləri oqranizmdə nikotin turşuşunun çatışmazlığına səbəb ola bilir.
Nikotin turşusu orqanizmdə çoxlu dehidrogenlərin tərkibinə daxil olur və bir çox mübadilə proseslərində iştirak edir.
Orqanizmin daima PP vitamininə ehtiyacı var.
Xəstəliyə diaqnoz qoymaq üçün aşağıdakı xəstəliklər və simptomlar əsas götürülür:
– pelleqranın əmələ gətirdiyi simptomlar
– dəri xəstəliklərinin əlamətləri
– pellaqrik hevrasteniya
– xroniki yaralı kolit
– bağırsaqların funksiyasında pozulmalar.
PP vitamini çatışmazlığında xəstənin dilinin üstündə açıq – qırmızı rəngli zolaqlar görünür. Xəstələrdə tez-tez stomait və qlossit əlamətləri meydana çıxdığına görə ağzında geyişmə baş verir. PP vitamini qanın damarlarda axmasına yardımçı olduğuna görə, onun çatışmazlığı bəzi beyin-qan dövranı xəstəliklərinin sağalmasını ləngidir.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Müalicə dərialtına həkimin təyin etdiyi miqdarda nikotin turşusunun yeridilməsindən ibarətdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"PP vitamini çatışmazlığı" haqqında müzakirə